117

VÖEN ilə kredit

VÖEN ilə kredit götürmək üçün istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən biznes sahibləri müraciət edə bilər.
Onlayn biznes krediti
SİF Kreditləri
Subsidiyalı (Güzəştli) Kreditlər
Overdraftlar
Ticarətin maliyyələşdirilməsi
Aqrokredit
İstehsal krediti

VÖEN ilə kredit

Hər bir sahibkarın arzusu biznesini inkişaf etdirmək, daha geniş imkanlara sahib olmaq və işini böyütməkdir. VÖEN ilə kredit, fərdi sahibkarlar və biznes fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi olaraq hazırlanmış biznes kreditidir. Bu kredit sizə işinizi genişləndirmək, yeni avadanlıqlar almaq və dövriyyə kapitalınızı artırmaq üçün fürsətlər təqdim edir.
Unibank tərəfindən təklif olunan VÖEN ilə kredit əldə etməklə siz sahibkarlar, biznesinizi irəli apara, maliyyə dövriyyəsini artıraraq yeni imkanlar yarada və işlərinizi daha da böyüdə bilərsiniz.
Bizim məqsədimiz kiçik və orta sahibkarlara sərmayə qoyuluşunda kömək etmək və onların biznes fəaliyyətini daha da möhkəmləndirməkdir. Biznesinizə güc qatmaq üçün daha çox fürsət qazanmaq istəyirsinizsə, Unibank-a müraciət edərək VÖEN ilə kredit sifarişini elə indi verə bilərsiniz. Unibank bu yolda sizin etibarlı dəstəkçiniz olacaq!

VÖEN ilə kredit necə götürülə bilər?

Əgər VÖEN ilə kredit götürməyi planlaşdırırsınızsa, təklif etdiyimiz şərtləri və imkanları nəzərdən keçirməyinizi tövsiyə edirik. Son 9-12 ay ərzində aktiv fəaliyyət göstərən bir biznesiniz varsa, VÖEN ilə mikro-kredit üçün müraciət edə bilərsiniz. Biznesinizin maliyyə ehtiyaclarını qarşılamaq və inkişafını sürətləndirmək üçün sizə ən uyğun kredit həllərini təklif etməyə hazırıq. Kredit almaq üçün sadəcə aşağıdakı məlumatları bank əməkdaşlarına təqdim etməyiniz kifayətdir:
Ad və soyad
Əlaqə nömrəsi
Tələb olunan kredit məbləği
Biznesinizin fəaliyyəti (sahə və növ)
Biznes ünvanı
Bu məlumatları təqdim etdikdən sonra müraciətiniz dəyərləndiriləcək və qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.

VÖEN ilə kredit götürmək üçün hansı şərtlər var?

VÖEN ilə kredit götürmək üçün istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən biznes sahibləri müraciət edə bilər. Əgər biznesiniz ən az 9 ay fəaliyyət göstərirsə, Unibank-dan Mikro kredit əldə etmək imkanına sahibsiniz. Bu kredit işinizi böyütmək, yeni avadanlıq almaq və ya dövriyyə kapitalınızı artırmaq üçün idealdır.

Axtarış

Məhsullar
Xəbərlər
Digər