-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Dollar Depozit Faizləri

Dollar depozit faizləri, dollar ilə banka əmanət yerləşdirmək istəyən şəxslərin daha çox marağında olan mövzulardan biridir. Son illərdə bank məhsulları arasında ən çox müzakirə olunan bank xidmətlərindən biri əmanətlərdir. Əmanətlər, pulun müəyyən bir müddət ərzində banka etibar edərək saxlanılması və həmin müddətin sonunda faiz qazanılmasıdır.

Dollar Depozit Faizləri FAQ


Unibank tərəfindən təklif olunan dollar depozit faizləri

Unibank-ın təklif etdiyi əmanət növləri üzrə həm yerli valyuta, həm də xarici valyuta ilə əmanətlər yerləşdirilə bilər. Bu əmanətlər müddətli və müddətsiz olmaqla iki yerə ayrılır. Müddətli əmanət növləri üçün müəyyən bir müddət seçilir və həmin müddət tamam olduqda əmanətin götürülməsi mümkün olur. Əks halda seçilmiş müddətdən tez götürülən əmanət üçün illik faiz dərəcəsi hesablanmır. Müddətsiz əmanət növü üçün isə bu şərtlər keçərli deyil. Müddətdən asılı olaraq illik faiz dərəcələri dəyişir. Bundan başqa AZN, euro və dollar depozit faizləri fərqli hesablanır. Yerli valyuta ilə yerləşdirilən əmanət faizləri yüksək olsa da, dollar depozit faizləri nisbətən aşağı olur.

Dollar depozit faizləri - Depozitlərdən vergi tutulması

Dollar depozit faizləri də vergiyə cəlb olunur. Ümumiyyətlə, ölkəmizdə əldə olunan hər növ gəlir vergiyə cəlb edilir, buna müddətli və müddətsiz depozitlərdən əldə olunan faiz gəlirləri də daxildir. Verginin tutulmasına səbəb banklar əmanət sahibinin adına faiz ödədikdə, bu vergini faiz gəlirindən tutaraq dövlətə köçürür. Faiz gəlir vergisinin dərəcələri isə dövlət tərəfindən depozit valyutasına (məsələn, AZN, ABŞ dolları, avro və s.) və depozit müddətinə görə müəyyən edilir.

Dollar depozit faizləri - Valyutaya görə depozit faizləri fərqi

Valyutaya görə depozit faizləri fərqi, bankların müxtəlif valyutalarda açılan depozit hesablarına görə təklif etdiyi faiz dərəcələrindəki fərqlərə aiddir. Valyutaya görə depozit faizlərinin fərqi bir çox amildən asılıdır və hər bir valyuta üzrə fərqli faiz dərəcələri təklif edilə bilər. Milli valyutada olan depozitlər adətən daha yüksək faizlər təklif etsə də, xarici valyutada olan depozitlər daha stabillik və risklərin azalması baxımından üstünlük təşkil edə bilir. Depozit qoyarkən, valyuta seçimi edərkən həm faiz dərəcələrini, həm də riskləri nəzərə almaq vacibdir.

Axtarış

Məhsullar
Xəbərlər
Digər