-
gün
-
saat
-
dəqiqə
-
saniyə
4-cü tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Kredit Kartı Sifarişi

Kredit kartı sifarişi sayəsində gündəlik alış-verişləri asanlaşdırmaq və prosesi daha da sürətləndirmək mümkün olur. Bu maliyyə aləti istifadə edən kart sahibinə bir çox üstünlüklər təqdim edir. Belə ki, kredit kartı düzgün istifadə edildikdə maliyyə çevikliyi təmin etməklə xərcləri nəzarətdə saxlamağa kömək edir, pul vəsaitlərinin daha səmərəli istifadəsinə şərait yaradır. Bu kartlar debet kartlarından fərqli olaraq limitli olur, nağdsız alış-verişlər zamanı ayrılan kredit məbləğinə əsasən hissəli ödəmə imkanı təqdim edir. Bunun nəticəsində maliyyə yükü yüngülləşir və ödənişləri daha rahat idarə etməyə imkan yaranır.

Kredit kart sifarişi necə edilir?

Kredit kart sifarişi etməzdən əvvəl Unibank-ın rəsmi veb-saytına daxil olaraq təklif etdiyimiz kredit kartları ilə tanış olmaq lazımdır. Hər bir kart üçün təqdim olunan şərtlər fərqlidir. Albalı kredit kartını və UCard multivalyutalı kartını təklif edə bilərik. Hər iki kart xüsusi üstünlüklərə sahibdir. UCard 3 (üç) valyutada olmaqla rahat alış-veriş imkanı təklif edir. Albalı isə 4 bank məhsulunu (kredit, taksit kartı, depozit və debet kartı) özündə birləşdirən beynəlxalq kartdır. UCard multivalyutalı kartı UBank tətbiqi vasitəsilə sifariş etmək mümkündür. Mobil telefona yüklənən UBank-da UCard onlayn şəkildə sifariş oluna bilir. Hazır kart isə bank filialına yaxınlaşmaqla götürülür. Albalı taksit kartını almaq üçün isə yaxınlıqdakı Unibank filiallarına yaxınlaşmaq lazımdır. Burada sənin rəsmi gəlirinin olub-olmaması müəyyənləşdirilir, əgər kredit tələblərinə uyğun olan namizədsənsə, sənə müəyyən məbləğ ayrılır. Ayrılan kredit məbləği Albalı kredit kartına yüklənilir. Ümumiyyətlə Unibank-dan kredit kartı sifarişi vermək 2 yolla mümkün olur: 1. Onlayn şəkildə.
2. Bank filialına yaxınlaşmaqla.
Kredit kart sifarişi verməklə, nağdsız ödəniş rahatlığını əldə edərək, Unibank partnyorlarından istənilən məhsulu hissəli şəkildə satın almaq imkanı qazana bilərsən.

Axtarış

Məhsullar
Xəbərlər
Digər