Kredit götürmək, bankdan müəyyən bir məbləğdə borc pul almaq deməkdir. Bankın təklif etdiyi bu xidmət, borcun müəyyən şərtlərlə (faiz dərəcəsi, ödəmə müddəti və s.) geri ödənilməsi şəklində verilir. Kredit götürmək, insanların və bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq və investisiyalar qoymaq üçün əvəzolunmaz bir xidmətdir. Kredit şərtlərinə cavab verildiyi təqdirdə tez bir zamanda lazımi vəsaiti əldə etməklə, kredit götürən şəxs maliyyə ehtiyacını qarşılaya bilir. Kredit götürmək üçün bank və müştəri arasında müqavilə imzalanır ki, burada hər iki tərəfin öhdəlikləri, kreditin verilmə şərtləri və s. ətraflı olaraq qeyd olunur.
Kredit götürmək, şəxsin məqsədinə çatması deməkdir. Çünki müxtəlif ehtiyaclarını arşılanması, biznesin böyüdülüb inkişaf etdirilməsi üçün maliyyənin olması vacibdir. Məhz Unibank kredit xidmətini təklif etməklə müştərilərinin hədəflərinə tez zamanda çata bilmələri üçün ələdüşməz fürsətlər təqdim edir. Qeyd edək ki, kredit götürmək müxtəlif səbəblərə görə vacib ola bilər. Aşağıda əsas səbəbləri misal göstərə bilərik:
Mənzil və ya avtomobil almaq üçün lazım olan böyük məbləğdə pulu birdəfəlik ödəməkdə çətinlik çəkən insanlar üçün kredit götürmək daha sərfəli seçim hesab olunur.
Biznes sahibləri işlərini genişləndirmək, yeni avadanlıqlar almaq və ya digər sərmayələr qoymaq üçün kredit sifarişi verirlər ki, bu da onların işinin daha sürətli inkişaf etməsinə və gəlirlərinin artmasına kömək edir.
Rəsmi gəliri olub da təhsi xərclərini qarşılamaqda çətinlik çəkən şəxslər də bankdan kredit götürmək yolu ilə bu yükdən azad ola bilərlər.
Evlilik, ad günü və ya digər böyük tədbirlər üçün lazım olan pul vəsaitini təmin etmək məqsədilə kredit götürmək geniş yayılmış bir praktikadır deyə bilərik.
Bir neçə borcu birləşdirərək bir kreditə çevirmək və daha aşağı faiz dərəcəsi ilə ödəmək üçün kredit götürmək əlverişli seçimdir. Banklara müraciət edən insanların əksəriyyəti bu yolu seçir.
9.5%-dən başlayaraq
İllik faiz dərəcəsi
50 000 AZN
Maksimal məbləğ
60 aya-dək
Bitmə tarixi
— Son iş yerindən iş stajı ən azı 6 ay olan
— Rəsmi gəliri olan şəxs
— Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar
— Şəxsiyyəti təsdiq edən sənəd
— Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)
— Unibank-ın ödəmə terminalları və filialların kassaları
— eManat, MilliÖN
— UBank
— Poçt
— hesab.az
— e-pul.az
— Komissiya: 0%
— FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5%
— Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.
Annuitet qrafikli nağd kredit