Keşbek kartı
Həyatımızın hər günü fərqli ehtiyaclarla doludur. Supermarket rəflərindən sevimli məhsullarımızı almaq, avtomobilimizə yanacaq dolduraraq yola davam etmək və restoranlarda sevdiklərimizlə xoş anlar keçirmək bu ehtiyacların bir hissəsidir. Amma təsəvvür edək ki, hər dəfə bu xərcləri edərkən, onların bir hissəsi bizə geri qayıdır. Sanki hər alış-veriş bir fürsətə çevrilir. Möhtəşəm deyilmi?
Unibank bu xəyalı gərçəkliyə çevirir. Təqdim etdiyi cashback kartlar ilə gündəlik alış-verişlər yalnız bir ehtiyac deyil, eyni zamanda gəlir əldə etmək fürsətinə çevrilir. Hər bir ödəmə, bizə qazandırır.
Keşbek nədir?
Keşbek nədir? Keşbek (Cashback) – alış-veriş etdikcə qazandığın əsl nağd hədiyyədir! Bu, müştərilərə xərclərinə qənaət etmək və hər alış-verişdən əlavə qazanc əldə etmək imkanı yaradan bir sistemdir. Keşbek anlayışı debet və kredit bank kartları vasitəsilə gündəlik alış-verişlərdən qazanc əldə etmək fürsətidir və bu gün dünyada ən çox istifadə olunan müştəri təşviq metodlarından biridir.
Cashback sistemi çox sadə və rahatdır. Alış-veriş zamanı ödəniş etdiyimiz məbləğin müəyyən faizi balansımıza geri qaytarılır. Məsələn:
Bir mağazada 100 AZN məbləğində alış-veriş etdiyimiz zaman və kartınız 5% keşbek təklif edir. Bu halda, bizə 5 AZN geri qaytarılacaq.
Bəs keşbek hansı sahələrdə istifadə olunur?
Supermarketlər
Yanacaqdoldurma məntəqələri
Restoran və kafelər
Səyahət xidmətləri – hotellər, təyyarə biletləri və digər xidmətlərdə
Elektronika, geyim və digər kateqoriyalarda keşbek imkanı təqdim edilir.
Keşbekin üstünlüklərini bu şəkildə sadalaya bilərik:
1. Qənaət etmək imkanı: Alış-veriş etdikcə xərclərin bir hissəsinin geri qaytarılması.
2. Müxtəlif kateqoriyalarda tətbiq olunması.
3. Qazanılan məbləğin bank kartına geri qaytarıla bilməsi.
4. Motivasiya: Keşbek sistemi müştəriləri daha çox alış-veriş etməyə təşviq edir.
Cashback kartlar ilə xərclədiyin məbləğin bir hissəsi sənə geri qayıtsın!
Cashback kartlar ilə xərclədiyin məbləğin bir hissəsi sənə geri qayıdır. Hər kəs sevir ki, alış-veriş zamanı həm xərclərini qarşılasın, həm də qənaət etsin. Unibank-ın keşbek kartı bu arzuya çatmaq üçün ən ideal vasitədir. Debet və kredit kartlarla etdilən hər ödəniş kart sahibinə qazanc gətirir.
Təsəvvür edək ki, hər dəfə supermarketdən ərzaq aldıqda, avtomobilimizə yanacaq doldurarkən və ya müxtəlif xidmətlərdən istifadə edərkən ödəniş etdikdə məbləğin bir hissəsi sənə geri qaytarılır. Bu, sadəcə qənaət deyil, həm də alış-verişdən gəlir əldə etmə fürsətidir. Gündəlik xərlərini qazanca çevirmək istəyirsənsə, bizim təklif etdiyimiz Unibankın keşbek kartı növlərindən birini seçə bilərsən.
Cashback kartlar təkcə ölkəmizdə edilən alış-verişlər üçün deyil, həm də beynəlxalq və onlayn mağazalarda da istifadə üçün uyğundur. Beləliklə, harada və necə alış-veriş etməyinizdən asılı olmayaraq qazandığımız keşbek məbləği büdcənizi yüngülləşdirir.
Keşbek kartları sayəsində büdcəni daha ağıllı idarə et!
Unibankın keşbek kartları, sadəcə bir ödəniş vasitəsi olmaqla qalmır, həm də büdcəni daha ağıllı idarə etməyə imkan yaradır. Əgər alış-veriş edərkən həm ehtiyaclarını qarşılamaq, həm də qazanc əldə etmək istəyirsənsə, Unibank-dan cashback kart sifarişi edə bilərsən. Bu kart sənin ən yaxın dostun olcaq.
Unibank-ın keşbek kartları, alış-verişi daha sərfəli edir. Bu kartlarla hər ödənişdə xərclədiyin məbləğin müəyyən bir hissəsini geri alırsan. Üstəlik, Unibank tərəfdaş mağazalar şəbəkəsini genişləndirərək müştərilərinə daha çox fürsət yaradır.
Məsələn, yanacaq doldurarkən, apteklərdə ödəniş edərkən və ya geyim mağazalarında alış-veriş zamanı Unibankın keşbek kartı ilə daha yüksək faizlə keşbek əldə edə bilərsən.
Üstəlik, Unibankın mobil tətbiqi olan UBank ilə qazandığın keşbek məbləğini rahatlıqla izləyə, istifadə edə və gələcək xərclərin üçün toplaya bilərsən.
Çox cashback verən banklardan biri olan Unibank ilə qazan!
Azərbaycanda çox çox cashback verən banklardan biri olaraq tanınan Unibank, müştərilərinə alış-verişlər zamanı maksimum fayda təqdim edir. Bankın tərəfdaş şəbəkəsi çox genişdir və bu müştərilər üçün daha çox fürsət deməkdir. Əgər sən də xərclərindən qənaət etmək və daha çox qazanmaq istəyirsənsə, Unibankın keşbek kartları doğru seçimdir. Keşbek kartı həm onlayn, həm də Unibank filiallarına yaxınlaşaraq dərhal əldə edilə bilər.
Seçilmiş kateqoriyalar üzrə hər bir xərclə qazanc əldə etmək, alış-verişi həm rahat, həm də gəlirli edir. Əgər sən də xərclərini gəlirə çevirmək və daha çox qənaət etmək istəyirsənsə, Unibankın keşbek kartı ilə tanış ol və indi kartını sifariş edərək bu fürsətlərdən faydalan!