-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Onlayn Kredit Sifarişi

Onlayn kredit sifarişi təcili ehtiyaclar üçün sürətli və vaxtında həll yolu deməkdir. Harada olmasından asılı olmayaraq, müraciət edən şəxs sadəcə bir telefon, kompüter və ya planşetlə, hər şeyin bir neçə saniyə içində həll olduğunu görəcək.

Onlayn kredit sifarişi imkanı

Həyat bəzən gözlənilməz anlarla doludur – qəfil bir ehtiyac, təcili bir xərc, ya da bir fürsət qapını döyür. Bu anlarda yanında etibarlı bir dəstəyə ehtiyac yaranır. Onlayn kredit sifarişi məhz belə anlarda insanın yanına gələn səssiz bir dost kimidir. Sadəcə bir neçə kliklə, bank növbələrində gözləmədən, yorucu sənədləşmələr olmadan maliyyə ehtiyacını təmin etmək mümkündür. Həyatın insanı sınadığı anlarda, bu maliyyə həlli hər birimizə kömək əlini uzadır.

Onlayn kredit sifarişi rahat və sürətli

Onlayn kredit sifarişi təcili ehtiyaclar üçün sürətli və vaxtında həll yolu deməkdir. Harada olmasından asılı olmayaraq, müraciət edən şəxs sadəcə bir telefon, kompüter və ya planşetlə, hər şeyin bir neçə saniyə içində həll olduğunu görəcək. Sadəcə ehtiyacın olan məbləği müəyyən et və kredit əldə edərək arzularına bir addım da yaxınlaş. Bankımızın təklif etdiyi sürətli və rahat onlayn kredit fürsətini sən də dəyərləndir!

Minimum çətinlik, maksimum fayda

Onlayn kredit sifarişi mürəkkəblikdən uzaq, həyatın asanlaşdırılması üçün nəzərdə tutulmuş sadə və rahat bir seçimdir. Çox az sənəd tələb olunur və müraciət prosesi son dərəcə sadədir. Saniyələr içində UBank tətbiqi vasitəsilə edilən kredit müraciəti, qısa müddət ərzində təsdiqlənir. Bu proses birbaşa müştərinin bank kartına - məbləğin köçürülməsi ilə nəticələnir. Etibarlılığı ilə öndə gedən, həm də prosesin şəffaflığını təmin edən bankımız hər biriniz üçün minimum çətinlik və maksimum fayda verməyi hədəfləyir.

Onlayn kredit, ehtiyac anında əlçatan bir dost

Onlayn kredit yuxarıda bildirdiyimiz kimi həyatın gözlənilməz anlarında lazım olan maliyyə dəstəyini vaxtında təmin edən bank xidmətidir. Təxirəsalınmaz ehtiyaclar üçün həmişə hazır olan bu dəstək, etibarlı və sürətlidir. Onlayn kreditin üstünlükləri arasında vaxt itkisini aradan qaldırması, sənəd yükünün az olması və prosesin sürətli şəkildə həyata keçirilməsi xüsusi vurğulanmalıdır. Həmçinin bu xidmət müştərilərə rahat şəkildə ödəniş planları təklif edir ki, bu da onların maliyyə yükünü minimuma endirir.

Onlayn kreditin üstünlükləri

  • Tez və sürətli müraciət prosesi

  • Vaxt və məkan məhdudiyyətinin olmaması

  • Tək şəxsiyyət vəsiqəsi ilə əldə olunması

  • Müxtəlif yollarla ödəniş imkanları

  • Yüksək səviyyədə təhlükəsizlik

Unibak-a müraciət edərək aşağı faiz dərəcəli kredit müraciətini onlayn şəkildə ünvanlayaraq ehtiyacın olan məbləği əldə edə bilərsən. 


9.5%-dən başlayaraq

İllik faiz dərəcəsi

50 000 AZN

Maksimal məbləğ

60 aya-dək

Bitmə tarixi

Kredit Hesablama Kalkulyatoru

AZN
6 ay
0 %
Ümumi məbləğ
0
AZN
Aylıq ödəniş
0
AZN

Əlavə məlumat

Əlavə məlumat

  • Kim ala bilər?

    • — Son iş yerindən iş stajı ən azı 6 ay olan

      — Rəsmi gəliri olan şəxs

      — Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar

  • Tələb olunan sənədlər

    • Şəxsiyyəti təsdiq edən sənəd

      — Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)

  • Ödəmə üsulları

  • Əlavə məlumat

    • — Komissiya: 0%

      — FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5% 

      — Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.

  • Əmanət təminatlı kredit

    • Annuitet qrafikli nağd kredit


      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Ödəniş qaydası annuitet qaydada həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər.


      Sərbəst qrafikli nağd krediti

      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Aylıq minimal faizin ödənilməsi ilə həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər. 


      Kart krediti

      — Məbləğ- depozit məbləğinin max 60% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada (AZN min 12 %) / +3% xarici valyutada təşkil edir;
      — 20 000 AZN çox olmamaq şərti ilə;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər (maks. 24 aydan çox olmamaq şərti ilə);
      — Kartın qiyməti: ödənişsiz.


      *Əmanət təminatlı kreditin rəsmiləşdirilməsinə görə 1% kredit proseduru üzrə komissiya haqqı tutulur.

Axtarış

Məhsullar
Xəbərlər
Digər