-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117
Vakansiyalar
Unibankda 50-dən çox karyera istiqaməti mövcuddur. Hazırda mövcud vakansiyalar barədə ətraflı məlumat əldə edin.
Unibankda çalışmaq
Ölkənin ən nüfuzlu şirkətlərindən birində çalışmaq, öz karyera arzularını reallaşdırmaq istəyirsənsə - Unibank məhz sənin bankındır! Gələcək inkişafını Unibankla başla!
İşə qəbul prosesi
Müraciət etdiyiniz vakansiyadan asılı olaraq işə qəbul prosesimiz fərqlənə bilər. Test mərhələsində sizi nələr gözlədiyini və müsahibələrdə hansı məqamlara diqqət yetirməli olduğunuzu öyrənin.
Təlim və İnkişaf
Karyera və iş həyatınız boyu Təlim və İnkişaf Mərkəzi əsas dostunuz və yol yoldaşınız olacaq!
Təcrübə proqramları
Təcrübə proqramları müxtəlif istiqamətlərdə və müxtəlif müddətlərdə olur. Təcrübə müddəti maksimal olaraq 3 ay ərzində keçirilir.
İstiqamətlər
Karyeranızı məhz bank sektorunda qurmaq istəyir, öz gücünüzə və potensialınıza inanırsınızsa, Unibank Sizi öz karyera seçiminizi etməyə dəvət edir.
Eldar Qəribov
Müşahidə Şurasının sədri

Unibankda gənc mütəxəssislərin özlərini reallaşdırmaları, peşə vərdişlərini, ixtisaslarını artırmaları üçün hər cür şərait yaradılıb. İllər boyu Unibank minlərlə əməkdaşın təkcə iş yeri deyil, həm də onların Məktəbi və İnkişaf Mərkəzi olub. Məhz biz səhmdarlar üçün şirkətin əsas dəyəri onun İnsan Kapitalı, Komandasıdır.

Faiq Hüseynov
Müşahidə Şurası sədrinin müavini

Unibank həmişə gənc mütəxəssislər üçün uğurlu karyera ünvanı, inkişaf məkanı olub. Fəaliyyət göstərdiyi 30 ildən artıq dövrdə Unibank məktəbində yetişmiş minlərlə kadr, bu gün bank sektorunun uğurlu, bacarıqlı mütəxəssisləridir. Bankın işçi heyətinin davamlı inkişafı, komanda ruhunun gücləndirilməsi rəhbərlik üçün hər zaman prioritet vəzifələrdən biridir.

Haqqımızda

Unibank yarandığı ilk gündən etibarən insan resurslarının inkişafını əsas prioritetlərdən biri kimi qəbul etmişdir. Ümumilikdə bank öz əməkdaşlarına resurs deyil, kapital kimi baxmasına üstünlük verir. Məhz bizim komandamız bizim əsas kapitalımız və dəyərimizdir. İllər boyu formalaşan bu dəyər Unibank dəfələrlə ölkənin bank bazarıda müxtəlif istiqamətlərdə birincilər sırasına gətirmişdir. Əsas qazancımız isə bir daha insan kapitalımızın verdiyi dəyər olub.

Unibank insan kapitalına dair öz strategiyasını əməkdaşın ilk günündən, habelə təcrübə proqramından başlayaraq start verərək, onun sonraki karyera inkişafını planlayır. Müxtəlif vəzifələr üzrə karyera inkişafı planlaşdırılması, o cümlədən əməkdaşların şəxsi və profesional kompetensiyaların artırılması istiqamətində təlim və inkişafı, o cümlədən onların liderlik və idarə etmə kimi bacarıqlarının inkişafıda əsas prioritetlərimizdən biridir. Daxili talantların idarə edilməsi və tanınması, onların bankdaxili rotasiyalar vasitəsilə inkişaf etdirilməsidə Unibankın insan kapitalının inkişafı üzrə əsas məqamlarındandır. İnsan Kapitalı Bankın 2017-2019cu illəri əks etdirən Strateji Planımızda belə əsas strateji hədəflərindən biri kimi səhmdarlar tərəfindən qəbul edilmişdir.


Biliyinizi genişləndirmək üçün hədsiz imkanlar
Güclü komandanın bir parçası olmaq
Bank Məktəbində çalışmaq imkanı
Ölkənin aparıcı şirkətlərindən birində uğur yolunuzun binövrəsini qurmaq

Axtarış

Məhsullar
Xəbərlər
Digər