Kənd təsərrüfatı sahəsində biznes qurmaq və ya inkişaf etdirmək istəyirsənsə, Unibankdan Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına 10 000 000 (on milyon) AZN-dək və 10 ilədək, aşağı faizli və güzəşt müddəti olan sahibkarlıq krediti götür.
Fondun vəsaitlərinin istifadəsi istiqamətləri:
— Aqroparkların yaradılması;
— Ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması;
— Logistik (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı ) və yaşıl market (fermer mağazalarının) mərkəzlərinin yaradılması;
— Meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması;
— İri fermer təsərrüfatlarının yaradılması;
— Müasir qarışıq yem istehsalı fabriklərinin yaradılması;
— Müasir istixana komplekslərinin yaradılması;
— İntensiv bağçılıq (üzüm, alma, nar və.s) və ya tingçilik təsərrüfatlarının yaradılması;
— Müasir çörək istehsalı müəssisələrinin yaradılması;
— Digər sənaye (yüngül, tikinti, kimya və s.) müəssisələrin yaradılması;
— Kiçik sahibkarlığın (o cümlədən gənclərin, qadınların və məcburi köçkünlərin) inkişafı;
— Кütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi.
SİF kreditləri dövlət dəstəyi ilə aşağı faiz dərəcələri və uzunmüddətli ödəmə şərtləri ilə təqdim edilir. Sahibkarlara bizneslərini genişləndirmək və maliyyə yükünü azaltmaq imkanı yaradır.
SİF kreditlərini digər biznes kreditlərindən əsas fərqləri aşağıdakı kimidir:
· Daha aşağı faiz dərəcələri
· 10 ilədək uzunmüddətli ödəmə imkanı
· Güzəşt müddəti
· Kənd təsərrüfatı, istehsal və sənaye sahələrinə yönəlmiş dəstəkSİF krediti almaq üçün əsas tələblər aşağıdakılardır:
· Rəsmi qeydiyyatlı sahibkarlıq fəaliyyəti
· Layihənin SİF-in dəstəklədiyi sahələrdən birinə aid olması
· Zəmanət və ya girovun mövcudluğu
· Maliyyə dövriyyəsinə uyğun kredit məbləğiSahibkar krediti dövlət dəstəyi ilə təqdim olunan güzəştli kredit növüdür və əsas məqsədi sahibkarlığın inkişafına dəstək verməkdir. Bu kredit uzunmüddətli, aşağı faiz dərəcəli və güzəştli dövrü ilə fərqlənir. Sahibkarlar bu vəsaiti kənd təsərrüfatı, istehsal, emal və digər prioritet sahələrdə istifadə edə bilərlər.
Sahibkar krediti kiçik və orta sahibkarların iş fəaliyyətlərini maliyyələşdirmək üçün nəzərdə tutulub. Bu kredit vasitəsilə sahibkarlar xammal, avadanlıq və ya digər vacib resursları əldə edə bilərlər. Həmçinin, ticarət, xidmət və istehsalat sahəsində fəaliyyət göstərən sahibkarlar bizneslərini böyütmək və rəqabət qabiliyyətini artırmaq üçün sahibkar krediti ala bilərlər.