-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Kredit almaq

Kredit almaq daha rahat və asan! Azrularını reallaşdır. Sənə uyğun kredit almaq üçün indi müraciət edə bilərsən.

Kredit almaq Unibank -la daha asan!

Kredit almaq üçün bizim bankımıza müraciət edə bilərsən. Şərtlərimiz sərfəli, faiz dərəcələrimiz aşağıdır. Ehtiyacın olan məbləği qısa zamanda əldə edə bilməyin üçün istənilən filialımıza yaxınlaşa, yaxud da Ubank tətbiqi vasitəsilə onlayn şəkildə kredit sifarişi verə bilərsən. Unibank sənin üçün ipoteka krediti, nağd pul krediti, mikro kredit kimi bir çox kredit növləri təklif edir. 18 yaşı tamam olmuş, rəsmi iş yeri olan hər bir şəxs kredit almaq üçün bankımızı seçə bilər. 

Kredit almaq üçün nəzərə alınmalı nüanslar

Kredit götürməyə qərar verdiyin zaman onu geri qaytara biləcəyinə əmin olmalısan. Bankların təklif etdiyi xidmətlərlə maraqlanmalı və hansı kredit şərtlərinin sənin üçün uyğun olub-olmamasına diqqət etməlisən. Əldə olunan kreditin qaytarılma müddəti tələb olunan məbləğdən və ayda nə qədər ödəyə biləcəyinizdən asılıdır. Bütün bu parametrlər seçimini müəyyənləşdirməyini asanlaşdıracaq.

Məqsədli və ya qeyri-məqsədli kredit almaq

Kreditə müxtəlif zamanlarda ehtiyacımız olur. Kredit almaq üçün banka müraciət etdikdə, borc verən tərəf kreditin müqabilində girov tələb edir ki, bu da verdiyi məbləğin sığortalanması üçündür. Bu girov, götürülən kreditin növünə görə dəyişir. Yaxşı olardı ki, əvvəlcə ehtiyacın olan məbləği və hara xərcləyəcəyinə qərar verdikdən sonra banka müraciət edəsən.

Məqsədli kredit konkret bir şeyin - daşınmaz əmlakın, avtomobilin, məişət texnikasının alınması üçün götürülür.

Məqsədsiz kredit isə adından məlum olduğu kimi hər şeyə xərclənə bilər - tətilə, müalicəyə və ya təmirə. Adətən onun faiz dərəcəsi hədəfdən yüksək olur.

Kredit almaq üçün nələr tələb oluna bilər?

Kredit almaq üçün banka müraciət edildikdə, girov və ya zamin tələb oluna bilir.

Kredit almaq üçün şərtlər götürüləcək kreditin növünə əsasən müəyyən edilir. İpoteka kreditləri zamanı daşınmaz əmlak girov olaraq tələb olunur. Mikro kreditlər üçün isə hər hansısa əmtəəni, mal-qara və s kimi biznesinizə uyğun olan məhsulları girov kimi göstərə bilərsiniz. Bundan əlavə kredit xətti üçün yaxud da ehtiyac krediti üçün müraciət edildiyi zaman rəsmi iş yerininizin olması kifayətdir. Kredit kalkulyatoru ilə onlyan şəkildə hesablaya bilərsiniz.

Zamin isə adətən yaxın şəxs seçilir. Kredit götürən şəxs məbləği ödəyə bilməyəndə kredit zamin tərəfindən ödənilir. 



9.5%-dən başlayaraq

İllik faiz dərəcəsi

50 000 AZN

Maksimal məbləğ

60 aya-dək

Bitmə tarixi

Kredit Hesablama Kalkulyatoru

AZN
6 ay
0 %
Ümumi məbləğ
0
AZN
Aylıq ödəniş
0
AZN

Əlavə məlumat

Əlavə məlumat

  • Kim ala bilər?

    • — Son iş yerindən iş stajı ən azı 6 ay olan

      — Rəsmi gəliri olan şəxs

      — Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar

  • Tələb olunan sənədlər

    • Şəxsiyyəti təsdiq edən sənəd

      — Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)

  • Ödəmə üsulları

  • Əlavə məlumat

    • — Komissiya: 0%

      — FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5% 

      — Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.

  • Əmanət təminatlı kredit

    • Annuitet qrafikli nağd kredit


      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Ödəniş qaydası annuitet qaydada həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər.


      Sərbəst qrafikli nağd krediti

      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Aylıq minimal faizin ödənilməsi ilə həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər. 


      Kart krediti

      — Məbləğ- depozit məbləğinin max 60% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada (AZN min 12 %) / +3% xarici valyutada təşkil edir;
      — 20 000 AZN çox olmamaq şərti ilə;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər (maks. 24 aydan çox olmamaq şərti ilə);
      — Kartın qiyməti: ödənişsiz.


      *Əmanət təminatlı kreditin rəsmiləşdirilməsinə görə 1% kredit proseduru üzrə komissiya haqqı tutulur.

Axtarış

Məhsullar
Xəbərlər
Digər