117

Pulsuz Virtual Kart

Pulsuz virtual kart Unibankın müştəriləri üçün təqdim etdiyi bank məhsuludur. Bu kart vasitəsilə istənilən növ alış-verişlərini edə, keşbek qazana bilərsən. Təqdim etdiyimiz kartın istifadə müddəti 5 ildir. Bu kart onlayn şəkildə UBank tərbiqi vasitəsilə sifariş olunur. Sifarişdən qısa müddət ərzində tətbiqdə kartının əks olunmasını görə bilərsən.

Pulsuz virtual kart və üstünlükləri

Pulsuz virtual kartın bir çox üstünlükləri vardır: 1. Ehtiyacın olduğu zaman sifariş edə bilmək imkanı. 2. Kart balansını rahat bir şəkildə həm Unibank, həm də digər bank kartları vasitəsilə artırmağın mümkünlüyü. 3. Banka getmədən, hər hansı sənədləşmə olmadan debet kartın əldə olunması. 4. Ölkədaxili və ölkəxarici alış-verişlərdə istifadə mümkünlüyü. 5. Təhlükəsiz şəkildə istiadə oluna bilməsi.

Pulsuz virtual kart | Digital card

Pulsuz virtual kartın itmək ehtimalı yoxdur. Milli valyutalı olduğundan rahat bir şəkildə istifadə etmək mümkündür. Bundan başqa Digital card ilə edilən hər ödənişdə keşbek qazanılacaq ki, bu keşbek faizləri heç də az deyil. Unibank sənin üçün UBank tətbiqini təklif edərək, virtual kart olan Digital card sahibi olma imkanını yaratdı. Sadəcə UBank tətbiqini yüklə və bu imkanlardan asanlıqla yararlan.

Virtual kartın əsas üstünlükləri nələrdir?

Virtual kart sənə gündəlik ödənişlərdə əlavə rahatlıq və maksimum təhlükəsizlik verir. Kartı istənilən vaxt yaratmaq, balansını artırmaq və onlayn alış-verişdə təhlükəsiz ödəniş etmək mümkündür.

Virtual kartla onlayn ödənişlər daha təhlükəsizdir

Virtual kartdan istifadə edərkən məlumatlar tamamilə qorunur. Çünki kart yalnız onlayn əməliyyatlar üçün nəzərdə tutulub və istənilən vaxt bloklamaq və ya məhdudlaşdırmaq mümkündür. Bu, xüsusilə tez-tez onlayn alış-veriş edən istifadəçilər üçün böyük üstünlükdür. Beləliklə, internetdə ödəmə edərkən özünü daha güvəndə hiss edirsən.

Virtual kartı niyə seçməlisən?

Virtual kart həm praktiki, həm də funksionaldır. Fiziki kartı yanında gəzdirmədən alış-veriş edə bilərsən, həm də kart məlumatların yalnız sənin nəzarətində olur. Tətbiqdə bütün əməliyyatlar görünür, balansını istədiyin anda artıra və ya azalda bilərsən. Bu, maliyyəni idarə etməyi daha sadə hala gətirir.

Virtual Kart ilə Həyatını Sadələşdir

Kartın bütün məlumatları mobil tətbiqdə mövcuddur, ödənişləri rahat izləyə, hesab balansını nəzarətdə saxlaya və maliyyəni planlaşdıra bilərsən. Virtual kart, gündəlik ödənişləri rahat idarə etmək və onlayn alış-verişi stressiz hala gətirmək üçün mükəmməl bir həlldir.
Mastercard World Elite
Mastercard World Elite
Mastercard Black Edition
Mastercard Black Edition
Visa Platinum
Visa Platinum
Visa Infinite
Visa Infinite
UCard Gift
UCard Gift
Digital card
Digital card

Pulsuz Virtual Kart FAQ


show more

Axtarış

Məhsullar
Xəbərlər
Digər