-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Zaminsiz Kredit

Zaminsiz kredit, götürülən kreditin geri qaytarılmasını təmin etmək üçün bankın kredit alan şəxsdən zamin tələb etmədən verdiyi kredit növüdür. Bu kreditlərin verilməsi zamanı əsasən borcalanın gəliri və kredit tarixçəsi əsas götürülür

Zaminsiz kredit şərtləri

Zaminsiz kredit, götürülən kreditin geri qaytarılmasını təmin etmək üçün bankın kredit alan şəxsdən zamin tələb etmədən verdiyi kredit növüdür. Bu kreditlərin verilməsi zamanı əsasən borcalanın gəliri və kredit tarixçəsi əsas götürülür. Kredit şərtlərinə cavab verən kəslər üçün bu kreditin əldə olunması zamanı heç bir problem yaşanmır. Zaminsiz kreditlər, təcili maliyyə ehtiyaclarını qarşılamaq, kiçik alış-verişlər və ya digər şəxsi xərclər üçün geniş istifadə olunur.

 

Zaminsiz kredit necə alınır?

 

Zaminsiz kredit almaq üçün Unibank-ı seçməklə, doğru addım atmış olacaqsan. Bu krediti əldə edə bilmək üçün ilk olaraq rəsmi veb-saytımıza daxil ol və onlayn müraciət et. Müraciətin kredit şöbəsinə yönləndirildikdən sonra dəyərləndiriləcəkdir. Onlayn kredit müaciəti imkanı təqdim edən bankımız sərfəli şərtlərlə müxtəlif növ kreditlər təklif edir.  “Kreditlər” bölməsinə daxil olaraq kredit şərtləri və növləri ilə tanış ola bilərsən.

 

Zaminsiz kredit nə kimi üstünlüklərə sahibdir?

 

Zaminsiz kredit bir neçə üstünlüyə sahibdir. Belə ki, bu kredit növünün əldə olunması üçün bankımıza müraciət edildiyi zaman səni sadələşdirilmiş proses gözləyir. Bu müraciət prosesi sürətli və sadədir. Hər bir müştərinin ehtiyacına uyğun olan kredit növlərimiz mövcuddur ki, bu da müxtəlif gəlir səviyyələrinə malik insanlar üçün kredit almağı əlçatan edir. Bundan başqa zaminsiz kredit, zamin axtarışına ehtiyac olmadan, başqalarından asılı olmayaraq maliyyə ehtiyaclarını qarşılamağına imkan verir. Bu üstünlüklər zaminsiz kreditləri təcili maddi vəsait ehtiyacını qarşılamaq üçün daha cəlbedici edir.

 


9.5%-dən başlayaraq

İllik faiz dərəcəsi

50 000 AZN

Maksimal məbləğ

60 aya-dək

Bitmə tarixi

Kredit Hesablama Kalkulyatoru

AZN
6 ay
0 %
Ümumi məbləğ
0
AZN
Aylıq ödəniş
0
AZN

Əlavə məlumat

Əlavə məlumat

  • Kim ala bilər?

    • — Son iş yerindən iş stajı ən azı 6 ay olan

      — Rəsmi gəliri olan şəxs

      — Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar

  • Tələb olunan sənədlər

    • Şəxsiyyəti təsdiq edən sənəd

      — Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)

  • Ödəmə üsulları

  • Əlavə məlumat

    • — Komissiya: 0%

      — FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5% 

      — Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.

  • Əmanət təminatlı kredit

    • Annuitet qrafikli nağd kredit


      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Ödəniş qaydası annuitet qaydada həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər.


      Sərbəst qrafikli nağd krediti

      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Aylıq minimal faizin ödənilməsi ilə həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər. 


      Kart krediti

      — Məbləğ- depozit məbləğinin max 60% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada (AZN min 12 %) / +3% xarici valyutada təşkil edir;
      — 20 000 AZN çox olmamaq şərti ilə;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər (maks. 24 aydan çox olmamaq şərti ilə);
      — Kartın qiyməti: ödənişsiz.


      *Əmanət təminatlı kreditin rəsmiləşdirilməsinə görə 1% kredit proseduru üzrə komissiya haqqı tutulur.

Zaminsiz Kredit QA


Axtarış

Məhsullar
Xəbərlər
Digər