İpoteka ilə arzuladığın mənzil əlçatmaz deyil! İndi ipoteka krediti götür və arzularını reallaşdır!
İpoteka krediti əlavə məlumat
İpoteka Kalkulyatoru
Güzəştli ipoteka sayəsində bir çox insan ev sahibi ola bilir. Məlum məsələdir ki, ev almaq indiki zamanda bir çox ailələr üçün əlçatan deyil. Ancaq ipoteka krediti sayəsində bu arzunu reallaşdırmaq mümkün olur. Xüsusilə güzəştli ipoteka vasitəsilə minlərlə ailə rahatlıqla ev ala bilir. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan Unibank-a müraciət edərək ipoteka krediti əldə edə və bəyəndiyin evə qısa müddətdə sahib ola bilərsən. Güzəştli ipoteka şərtləri ilə Unibank.az-da tanış ol.
Şəhid ailəsinin üzvləri, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı özü, əri/arvadı, övladları, Azərbaycanın Milli Qəhrəmanı,özü, əri/arvadı, övladları, məcburi köçkün və ya ona bərabər tutulan şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, ən azı 5 il jurnalist işləyən və media Reyestrinə daxil edilmiş şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, elmlər doktoru elmi dərəcəsi olan şəxs və Unibank.az-da təqdim olunan “İpoteka krediti” bölməsində sadalanan şəxslər güzəştli ipoteka üçün müraciət edə bilər.
Güzəştli ipoteka illik faiz dərəcələri 4%-dir. Sərfəli şərtlərlə şəxsi ev arzunu reallaşdırmaq üçün Unibank-a müraciət et. Ən əlverişli ipoteka şərtləri bizdədir. Ev almaq heç bu qədər asan olmamışdır. Qeyd edək ki, güzəştli ipoteka kreditinə müraciət edən və bu hüquqdan istifadə edən şəxs və ya ailə ikinci dəfə güzəştli ipoteka kreditindən yararlana bilməz.
Güzəştli ipoteka, xüsusi şərtlərlə təklif edilən mənzil krediti növüdür. Bu kredit növü əsasən hərbçilər, dövlət qulluqçuları və digər sosial kateqoriyalar üçün nəzərdə tutulub.
Güzəştli ipoteka çərçivəsində təklif olunan maksimal kredit məbləği mənzilin dəyərindən və seçilən şərtlərdən asılıdır. Güzəştli ipotekada bu məbləğ 100,000 AZN-lə məhdudlaşır. Kredit, girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 70%-indən artıq ola bilməz.
Güzəştli ipoteka üçün tələb olunan ilkin ödəniş mənzilin ümumi dəyərinin minimum 30%-ni təşkil edir. Bu göstərici konkret şərtlərə və mənzilin qiymətinə görə dəyişə bilər.
Şəxsiyyət vəsiqəsi, gəlir sənədi, ailə tərkibi haqqında arayış və ipoteka predmetinin qiymətləndirmə aktı kimi sənədlər tələb olunur.
Güzəştli ipoteka yalnız müəyyən edilmiş kriteriyalara uyğun olan mənzillər üçün keçərlidir. Mənzil seçimi zamanı mülkiyyət sənədlərinin qanuniliyini və bankın təsdiq etdiyi kriteriyalara uyğunluğunu yoxlamaq vacibdir.
Filial və UTM-lərin ünvanları, həmçinin - iş saatları və digər məlumatlar haqqında ətraflı.
Daha ətraflıOnlayn-məsləhətçi, 117 Çağrı mərkəzi və ya bank filiallarına müraciət et və suallarına cavab al. Rahat və asan!
Daha ətraflı