-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Banka depozit qoymaq

Banka depozit qoymaq müasir dövrdə əmanətlərin təhlükəsiz şəkildə artmasını təmin etmək üçün ən etibarlı yollardan biridir.
Bank tərəfindən qorunan pul vəsaitləri üçün eyni zamanda illik depozit faizləri də hesablanır ki, burada əsas qazanan əmanət sahibi olur. Bəs depozit hesabı nədir və necə işləyir? Depozit hesabı, bankın müştərilərinin əmanətlərindən əldə etdiyi gəlirin bir hissəsini onlarla bölüşməsi prinsipidir. Müştərilər qoyulan əmanətin itirilmə riski olmadan müəyyən faiz dərəcələri ilə bu əmanətlərini artıra bilirlər. Banka depozit qoymaq üçün müəyyən məbləğdə pul yatırılır və ödəmə müddəti seçilir. Müddət bitdikdən sonra müştəri ya pulu çıxara, ya da müddəti uzada bilər. Yəni, banka pul qoymaq vasitəsilə əmanətlər zamanla dəyər qazanır.

Banka depozit qoymaq, gələcək üçün etibarlı sərmayədir!

Banka depozit qoymaq, gələcək üçün etibarlı sərmayə hesab olunur. Əgər müəyyən miqdarda pul vəsaitin varsa, onu investisiya etməyi düşünmürsünüzsə, bu zaman ən səmərəli üsul banka depozit qoymaqdır. Unibank-ın təklif etdiyi əmanət növlərindən birini seçməklə depozit hesabı aça və puluna dəyər qazandıra bilərsən. Qeyd edək ki, əmanətlərin təhlükəsiz şəkildə qorunacaqdır. Ən etibarlı üsullardan biri olan depozit yerləşdirmək, gəlir əldə etmək üçün daha təhlükəsiz addımlardan biridir. Unibank tərəfindən təklif olunan əmanətlər: Müddətli və Müddətsiz olmaqla 2 yerə ayrılır. Müddətli əmanət növü üzrə illik depozit faiz dərəcələri yüksək olur. Burada müştəri daha çox qazanır. Müddətsiz əmanət növü üzrə təklif olunan depozit faizləri nisbətən aşağı olsa da, müştəri üçün daha cəlbedici təkliflərə sahibdir. Belə ki, müştəri 12 ay ərzində deyil, istədiyi zaman pulunu bankdan götürə bilir. Banka depozit qoymaq istəyirsənsə, o zaman Unibank-a müraciət edə bilərsən. Burada səni çox sərfəli təkliflər gözləyir. Banka depozit qoymaqla, gəlirli bir sabaha hazır ol!

Axtarış

Məhsullar
Xəbərlər
Digər