-
gün
-
saat
-
dəqiqə
-
saniyə
4-cü tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Kredit kartı

Kredit kartı müştərilərə bank tərəfindən təklif olunan maliyyə alətidir. Bu bank məhsulu vasitəsilə kredit limiti daxilində alış-verişlər etmək mümkün olur. Günümüzdə maliyyə əməliyyatlarının icra olunmasında kredit kartları geniş istifadə edilir. Bu kartlar alış-veriş prosesini asanlaşdırmaqla gündəlik həyatımızda əvəzolunmaz rola malidir. Kredit kartı plastik kart formasındadır. Həm fiziki mağazalarda, həm də onlayn alış-verişlərdə istifadə olunur. Ödəniş aləti hesab olunan kredit kartları hissəli ödənişə imkan verir. Pul kartdan birdəfəlik çıxılsa da, təyin edilmiş müddət civarında istifadə edilən məbləğ, hər ay (3-18 ay) kiçik hissələrlə karta qaytarılır.

Kredit kartı nə üçün istifadə olunur?

Kredit kartı müxtəlif məqsədlər üçün istifadə oluna bilər: Səyahət Evə lazımi məişət texnikalarının və ya əşyalarının alınması üçün Market və geyim dükanlarından məhsul alış-verişi üçün Nağd pul vəsaitinə ehtiyac olduqda kredit kartı əvəzolunmaz köməkçidir deyə bilərik. Kredit kartı və ya taksit kartı ilə ödəniş zamanı istifadə olunan məbləğ, sənin (istədiyin ) ödəmə imkanına görə təyin etdiyin müddətdə alış-veriş etdiyin mağaza tərəfindən aylara bölünərək, banka məlumat verilir. Bu haqda mağaza ödəniş zamanı təqdim edilən sənədlərə müvafiq olaraq banka informasiyanı göndərir. Nəzərinə çatdıraq ki, məbləğin taksit kimi aylara bölünməsi üçün plastik kartı özünlə götürməyin lazımdır. Əks halda (Apple Pay/Google Pay) kimi onlayn pul qabları ilə edilən ödənişlər aylara bölünə bilmir.

Kredit kartı üstünlükləri

Kredit kartı ilk baxışdan bir çox insanlar üçün ehtiyac kimi görünməsə də, əslində düzgün şəkildə istifadə olunarsa, çox səmərəlidir. Bu kartlar istənilən zaman pula ehtiyac olduqda kart sahibini maliyyə vəsaiti ilə təmin edir ki, bu da nağd pul ehtiyacını daim qarşılayacaq deməkdir. Bundan başqa kredit kartları: 1. Alış verişi sürətli və praktik edir. 2. Böyük məbləğli alış-verişləri hissəli şəkildə ödəməyə imkan verir. 3. Müntəzəm olaraq kartdan istifadə edildikdə, bu şəxsin kredit tarixçəsinə müsbət təsir göstərir. 4. Yüksək təhlükəsizlik sistemləri ilə qorunur. 5. Hər edilən ödəniş üçün əlavə keşbeklər qazandırır. Bankımız tərəfindən təklif olunan kredit kartları, Unibank-ın partnyoru olan 1000-dən artıq ticarət və xidmət məntəqəsində kart sahibinin istədiyi məhsulu alıb, dəyərini hissə-hissə ödəmək imkanı verir.

Visa Platinum
Digital card
Visa Infinite
Mastercard Black Edition
Mastercard World Elite
Albalı Debet
UCard Gift

Axtarış

Məhsullar
Xəbərlər
Digər