Kredit əldə etmək ilə imkanlarını genişləndirə bilərsən. Yeni bir başlanğıclar etmək üçün maliyyə çətinliyi yaşayırsansa, o zaman sənin üçün ən uyğun kredit varianları təklif edən Unibank-ı seç. Biz, rahat və sürətli kredit xidmətlərimiz ilə maliyyə ehtiyacını qarşılamaq üçün asan həllər təklif edirik. Unibank-da olduqca sadə şərtlər, aşağı faiz dərəcəli kredit növləri mövcuddur.
Kredit əldə etmək üçün ideal təkliflər Unibank-dadır. Bizim kredit prosesimiz çox sadə və şəffafdır. Məqsədimiz müştərilərə maliyyə çətinliklərini aradan qaldırmaqda dəstək olmaqdır. Bizim təklif etdiyimiz kredit şərtləri sadə və aydındır. Bundan başqa kredit müraciətini sənin üçün asanlaşdırdıq ki, bir neçə addıma daha sürətli şəkildə geri dönüş ala biləsən. Online müraciət sistemi ilə vaxtına qənaət edərək sürətli təsdiq almağın mümkündür. Sənin üçün hər bir ehtiyacını qarşılaya biləcək müxtəlif kredit növləri təqdim edirik. Bizə mülk almaq, biznesini böyütmək, şəxsi ehtiyacların üçün lazım olan pul vəsaitini kredit yolu ilə əldə etmək üçün müraciət edə bilərsən. Bizim kredit məhsullarımız geniş çeşiddə mövcuddur. Təklif etdiyimiz kredit növləri üçün tələb olunan faiz dərəcələri çox aşağıdır. Bu da müştərilərimizin maliyyə yükünü minimuma endirmək və sərfəli şərtlərlə kredit əldə edə bilmələri üçün atdığımız addımlardan biridir. Təcrübəli və peşəkar müştəri xidmətləri komandamız hər zaman kömək etməyə hazırdır. Kredit əldə etmək istədikdə bütün suallarını rahatlıqla əməkdaşlarımıza ünvanlaya və dolğun cavablar ala bilərsən.
Kredit əldə etmək üçün ilk əvvəl bizə müraciət etməlisən. Bu müraciət 2 üsulla mümkündür: bank filialımıza yaxınlaşmaqla və yaxud da onlayn qaydada veb-saytımıza daxil olaraq. Müraciət zamanı tələb olunan məlumatları daxil etməklə bizə ünvanlaya bilərsən. Müraciətdən sonra kreditin verilib-verilməməsi dəyərləndiriləcək və cavab sənə mesaj şəklində göndəriləcəkdir. Digər müraciət üsulunda isə bank əməkdaşlarına bütün səni maraqlandıran sualları verərək ehtiyacına uyğun olan krediti əldə etmək istədiyini bildirə bilərsən.
9.5%-dən başlayaraq
İllik faiz dərəcəsi
50 000 AZN
Maksimal məbləğ
60 aya-dək
Bitmə tarixi
— Son iş yerindən iş stajı ən azı 6 ay olan
— Rəsmi gəliri olan şəxs
— Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar
— Şəxsiyyəti təsdiq edən sənəd
— Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)
— Unibank-ın ödəmə terminalları və filialların kassaları
— eManat, MilliÖN
— UBank
— Poçt
— hesab.az
— e-pul.az
— Komissiya: 0%
— FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5%
— Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.
Annuitet qrafikli nağd kredit