-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Depozit Faizləri

Depozit faizləri əmanətdən qazandığınız müəyyən pul vəsaitidir ki, bu faizlər depozitin müddətindən və faizləri götürmək şərtindən asılı olaraq dəyişir. Unibank tərəfindən təklif olunan depozit faiz dərəcələri ilə tanış olaraq hər bir müştəri minimum 1 aydan, 3, 6, 12 və maksimum 24 ayadək əmanətlərini bankımıza yerləşdirə bilər.

Depozit Faizləri QA


Depozit faizləri nədir?

Depozit faizləri, bankların müştərilərinin yerləşdirdiyi əmanətlərinə görə ödədikləri faiz dərəcəsidir. Bu faizlər yüksək olduqda müştərilər banka əmanət yerləşdirməkdə daha çox maraqlı olur. Bəs faizlər nəyə əsasən dəyişir? - Depozit faizləri qoyulan əmanətin müddətinə və məbləğinə, eyni zamanda bazar şəraitinə görə dəyişir. Depozit faizleri həm də Mərkəzi Bankın pul siyasətindən təsirlənə bilir. Belə ki, Mərkəzi Bankın faiz dərəcələrini artırması və ya azaltması, kommersiya banklarının depozit faizlərinin də artıb-azalmasına səbəb olur.

İllik depozit faizləri

İllik depozit faizləri 10%-dək. Qeyd edək ki, depozitin növündən asılı olaraq müddət də fərqlənir. Nağd pulun dəyərləndirilməsi üçün əmanət yerləşdirmək ən ideal variantlardan biridir.

Depozit faizlərinin növləri

Depozit faizləri sadə və mürəkkəb faiz olmaqla 2 növə ayrılır. Sadə faiz əmanət yerləşdirildikdə yalnız ilkin məbləğin üzərinə faiz dərəcəsi hesablanmaqla tətbiq olunur. Mürəkkəb faizlər müəyyən müddət ərzində hesablanaraq ilkin məbləğə əlavə edilməklə yanaşı, həm də əmanətin üzərinə əlavə edilmiş yeni məbləğə də tətbiq edilir. Müştərilər daha çox bu depozit faizinə maraqlı olur, çünki bu onların daha çox gəlir əldə etməsinə imkan verir.

Bankların depozit faizləri

Bankların depozit faizləri bir-birindən fərqli ola bilər. Depozit faizləri müştərilərə pul yığımı ilə yanaşı, gəliri artırmaqla əlavə gəlir qazandırır. Yüksək depozit faizləri, inflyasiya şəraitində yığımların dəyərini qoruyur ki, bu da müştərilərin pulunun alıcılıq qabiliyyətini saxlayır. Belə olduqda müştərinin maliyyə sabitliyi təmin olunur. Unibank-a müraciət edərək əmanət növləri, depozit faizləri ilə tanış olaraq puluna dəyər qata bilərsən.

Axtarış

Məhsullar
Xəbərlər
Digər