-
gün
-
saat
-
dəqiqə
-
saniyə
4-cü tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Heyvandarlıq Krediti

Heyvandarlıq krediti, yəni heyvandarlığın inkişafı üçün təklif olunan bu kredit, kənd təsərrüfatının heyvandarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə, müəssisələrə verilən kredit növüdür. Bu kreditin verilməsinin əsas səbəbi sahibkarlığa maliyyə dəstəyi göstərməkdir.
Onlayn biznes krediti
SİF Kreditləri
Subsidiyalı (Güzəştli) Kreditlər
Overdraftlar
Ticarətin maliyyələşdirilməsi
Aqrokredit
İstehsal krediti

Heyvandarlıq Kreditləri ilə Təsərrüfatınızı Genişləndirin!

Heyvandarlıq krediti, yəni heyvandarlığın inkişafı üçün təklif olunan bu kredit, kənd təsərrüfatının heyvandarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə, müəssisələrə verilən kredit növüdür. Bu kreditin verilməsinin əsas səbəbi sahibkarlığa maliyyə dəstəyi göstərməkdir. Kredit üçün ayrılacaq məbləğ, heyvanların alınmasından tutmuş fermaların modernləşdirilməsinə qədər geniş spektrli layihələr üçün nəzərdə tutulmuşdur. Heyvandarlıq krediti əldə etdikdən sonra fermerlər işlərini genişləndirə, məhsuldarlığı artıra bilərlər.

Heyvandarlıq krediti verilməsinin əsas məqsədi

Heyvandarlıq krediti verilməsinin əsas məqsədindən biri mal-qara, qoyun, keçi, quş və digər heyvanların alınmasıdır. Bu, yeni təsərrüfatların qurulması və ya mövcud təsərrüfatların genişləndirilməsi üçün vacibdir. Bundan başqa bu krediti əldə etdikdən sonra itirilmiş və ya zədələnmiş heyvanların əvəzlənməsi də mümkündür. Heyvanların qidalanması, onların sağlam və məhsuldar olması üçün vacibdir. Heyvandarlıq krediti götürüldüyü təqdirdə bu ehtiyaclar təmin oluna bilir. Maliyyə vəsaiti sayəsində lazım olan yem, mineral və vitamin əlavələri, yem əlavələri və digər qidalanma üçün vacib olan məhsulların alınması təmin edilir. Alınan qidalar və vitaminlər sayəsində heyvanlar sağlam və məhsuldar olurlar. Heyvandarlıq krediti üçün veriləcək məbləğ sayəsində, bu heyvanların daha yaxşı şəraitdə yaşaması üçün xərclənə bilir. Fermer krediti, fermaların tikintisi, mövcud fermaların təmiri, genişləndirilməsi və modernləşdirilməsi üçün istifadə edir. Bu da təsərrüfatın ümumi səmərəliliyinin artmasına kömək edir. Qeyd edək ki, kənd təsərrüfatının maldarlıq sahəsinin inkişaf etməsi üçün bir çox texnikalara ehtiyac vardır. Bir çox fermer isə bu texnikanı almaqda çətinlik yaşayır. Heyvandarlıq kreditinin verilməsinin əsas məqsədlərindən biri də bu texnikayla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin ehtiyaclarını təmin etməkdir. Kreditlər vasitəsilə südsağan aparat, yemləmə avadanlıqları, suvarma sistemləri, nəqliyyat vasitələri və digər zəruri texnika satın alına bilir. Bu avadanlıqlar təsərrüfatın işlərini avtomatlaşdırmağa və əməyin səmərəliliyini artırmağa imkan verir. Ferma sahibi daha az xərc çəkməklə, yüksək gəlir qazana bilir. Heyvandarlıq təsərrüfatlarının gündəlik əməliyyat xərcləri, işçi maaşları, elektrik enerjisi, su təminatı və digər xərclər də düşünüləndən daha yüksək ola bilir. Bu zaman sahibkarın köməyinə heyvandarlıq krediti çatır. Bu krediti əldə etməklə fermerlər maliyyə təzyiqini azalda və təsərrüfatın davamlı fəaliyyətini təmin edə bilir. Fermerlərin bu sahə ilə məşğul olmasında əsas məqsədi gəlir qazanmaqdır. Bu gəlir heyvanlardan alınan süd, qatıq, pendir, yun və digər məhsulların satışı ilə mümkün olur.

Heyvandarlıq kreditinin üstünlükləri:

Heyvandarlıq krediti uzunmüddətli geri ödəniş şərtləri ilə təklif olunur. Bu, sadələşdirilmiş şərtlərin sayəsində fermerlərin kredit borcları təsərrüfatın gəlirlərinə uyğun şəkildə ödənilə bilir. Kənd təsərrüfatı sahəsindəki fəaliyyətləri dəstəkləmək məqsədi ilə xüsusi olaraq aşağı faiz dərəcələri ilə təklif olunan bu kredit, fermerlərə maliyyə yükünü azaltmağa kömək edir. Heyvandarlıq kreditinin əsas üstünlüklərindən biri güzəştlərin olmasıdır. Sahibkarlıq fəaliyyətinin inkişafına dəstək məqsədilə verilən heyvandarlıq krediti sayəsində fermerlər təsərrüfatlarını genişləndirmək, yeni bazarlara daxil olaraq təsərrüfatlarının rəqabət qabiliyyətini artırmağa və uzunmüddətli sabitliyi təmin edə bilirlər.

Heyvandarlıq krediti verilməsi üçün hansı tələblər var?

İlk əvvəl qeyd edək ki, heyvandarlıq krediti verilməsi üçün kənd təsərrüfatı ilə məşğul olmalısınız. Bu müddət isə ən azı 1 il olmalıdır. Fermerlərdən adətən təsərrüfatın mövcud maliyyə vəziyyətini, gəlir və xərclərini əks etdirən maliyyə sənədləri tələb olunur. Bu kreditlər, təsərrüfatların böyüməsinə, inkişafına və davamlı fəaliyyətinə böyük töhfə verir. Fermerlər, bu kreditlər vasitəsilə təsərrüfatlarını inkişaf etdirə və məhsuldarlığı artıraraq, daha geniş miqyasda fəaliyyət göstərə bilərlər.

Axtarış

Məhsullar
Xəbərlər
Digər