







Bank taksit kartı alış-verişi hissələrə bölmək və faizsiz ödəmək üçün nəzərdə tutulub. Adi debit kartı isə yalnız kart sahibinin hesabındakı mövcud vəsait çərçivəsində istifadə oluna bilir və alış-veriş zamanı məbləğ dərhal hesabdan çıxılır. Yəni, bank taksit kartı büdcəni planlamaq və böyük xərcləri hissə-hissə ödəmək üçün daha uyğundur, adi debit kartı isə gündəlik ödənişlər üçün istifadə edilir.
Aylıq kredit ödənişləri UBank, unibank.az saytı, Unibank-ın ödəmə terminalları, MilliÖN, eManat, poçt məntəqələri və s. vasitəsilə edilir.
Limit artımı üçün müştərinin kredit tarixçəsi və aylıq gəlirlərinə baxılır, mümkün olduğu təqdirdə, limit artırılır.
Mümkündür, lakin bu zaman əlavə komissiyalar tətbiq oluna bilər.
Unibank-ın təklif etdiyi UCard üçün aylıq xidmət haqqı yoxdur.