İpoteka krediti nədir?
İpoteka krediti öz evinə sahib olmaq istəyən insanların ən çox müraciət etdiyi maliyyə dəstəyidir. Bir çox insanın birdən-birə böyük məbləğdə pul ayırıb ev alması mümkün olmadığından, banklar bu krediti təklif etməklə insanlara uzunmüddətli ödəmə imkanları yaradırlar.
İpoteka krediti götürən şəxs, yəni borcalan müəyyən məbləğdə kredit götürərək ev alır. Götürdüyü kredit məbləğini isə hissə-hissə, aylıq ödənişlər şəklində geri qaytarır. Bu müddət ərzində ev banka girov qoyulur. Kreditin bütün ödənişləri tam yerinə yetirildikdən sonra borcalan evin tam sahibinə çevrilir.
İpoteka krediti uzunmüddətli olduğu üçün faiz dərəcəsi aşağıdır və bu səbəbdən aylıq ödənişlər rahat şəkildə edilə bilir. Ödəniş müddəti isə 3 ildən 25 ilə qədərdir. Kredit götürən şəxs maliyyə imkanlarına və ödəmə qabiliyyətinə görə müddəti özü seçə bilir.
Kimlərə güzəştli ipoteka verilir?
Güzəştli ipoteka şəhid ailəsinin üzvlərinə, Milli Qəhrəmanlara və ailə üzvlərinə, məcburi köçkünlərə, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərə, minimum 15 il dövlət ümumtəhsil məktəbində işləyən müəllimlər və s. şəxslər üçün nəzərdə tutulmuşdur. Güzəştli ipoteka kreditlərinin verilməsi,
kredit qaydaları Unibank-da daha geniş formada təqdim olunur.
İpoteka götürmək rahat və sürətli!
Unibank vasitəsilə ipoteka krediti götürmək həm rahat, həm də sərfəlidir. Bankımız həm adi, həm də güzəştli ipoteka kreditləri təklif edir. Müraciət edən şəxs üçün ayrılacaq kredit məbləği, faiz dərəcəsi və ödəmə müddəti onun sosial statusu və maliyyə imkanlarına əsasən müəyyən edilir. Bu şərtlər borcalanın ödəmə qabiliyyəti və seçdiyi ipoteka növünə uyğun tənzimlənir.
Unibank ilə ipoteka götürmək çox rahatdır. Uyğun şərtlərlə, asan müraciət üsulu ilə ev sahibi olmaq indi daha asandır. Unibank-a müraciət edərək ipoteka krediti götürmək və öz mənzilinə sahib olmaq indi daha əlçatandır!
Güzəştli ipoteka krediti sayəsində daha rahat şərtlərlə ev sahibi olmaq imkanı!
Güzəştli ipoteka krediti adi ipoteka kreditlərindən fərqli olaraq, daha aşağı faiz dərəcələri və uzunmüddətli ödəmə imkanları ilə təqdim olunur. Dövlətin müəyyən etdiyi kateqoriyalara aid olan şəxslərə dəstək olmaq və onların ev sahibi olmasını asanlaşdırmaq üçün nəzərdə tutulan bu kredit növünün aşağıdakı üstünlükləri vardır:
✔️ Daha aşağı faiz dərəcələri
✔️ Uzunmüddətli ödəniş imkanları
✔️ Daha əlçatan ilkin ödəniş tələbləri