-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tirajın bitməsinə az qaldı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Hesablaşma-kassa xidməti

Biz sizə manatla və xarici valyutada kompleks kassa-hesablaşma xidmətləri təklif edirik

Əsas xidmətlər:

Tələbli hesabın açılması
Azərbaycan üzrə, istərsə də xaricdə nağdsız hesablaşmaların həyata keçirilməsi
Valyuta mübadiləsi
Əməliyyatlar üzrə və hesabın vəziyyəti haqqında arayışların və çıxarışların, ödəniş sənədlərinin surətlərinin alınması
Hesaba nağd pul vəsaitinin daxil edilməsi, hesabdan nağd pul vəsaitinin çıxarılması
Nağd pulun xırdalanması
 
Əlavə xidmətlər:
 
Kassa-hesabat əməliyyatlarının aparılması qaydası haqqında məsləhət
Müştərinin hesablarına köçürülmüş pul vəsaitləri haqqında sorğunun həyata keçirilməsi
Ötən dövr ərzində hesabın tarixçəsi haqqında məlumatla təmin edilmə 


Manatla və xarici valyutada hesabın açılması üçün zəruri olan sənədlər:

Hesabın açılması üçün ərizə (hər bir hesab növü üçün 1 nüsxə)
İmzaların nümunələri (1 nüsxə)
Şəxsiyyəti təsdiq edən sənəd

Əgər Siz sahibkarlıq fəaliyyəti həyata keçirmək hüququna maliksinizsə, bizə həm də aşağıdakıları təqdim etməlisiniz: 

Statistika üzrə Dövlət Komitəsindən şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti)
Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər bir hesab növü üçün 1 nüsxə)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun şəhadətnamə-dublikatı (hər bir hesab növü üçün 1 nüsxə).

Əlavə məlumat:

Bank hesablarının açılması və aparılması, bankın mövcud tariflərinə müvafiq olaraq bağlanan, kassa-hesablaşma xidmətinin göstərilməsi haqqında Müqavilənin əsasında həyata keçirilir
Bankda fəaliyyət göstərən S.W.I.F.T., AZIPS, XÖHKS elektron ödəniş sistemləri istər ölkə ərazisinə, istərsə də xaricə zəmanət verilən pul köçürmələrinin tez və keyfiyyətlə həyata keçirilməsinə imkan yaradır

Axtarış

Məhsullar
Xəbərlər
Digər