-
gün
-
saat
-
dəqiqə
-
saniyə
4-cü tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Kredit Hesablama

Kredit hesablama deyildikdə, kredit kalkulyatoru nəzərdə tutulur. Bu kalkulyator vasitəsilə kreditin hesablanması mümkün olur.

Kredit Hesablama Kalkulyatoru

AZN
6 ay
0 %
Ümumi məbləğ
0
AZN
Aylıq ödəniş
0
AZN

Kredit Hesablama Prosesi

Kredit hesablama deyildikdə, kredit kalkulyatoru nəzərdə tutulur. Bu kalkulyator vasitəsilə kreditin hesablanması mümkün olur. Kredit kalkulyatorları, kredit məbləğini, faiz dərəcəsini, kredit müddətini və ödəniş planını daxil etməklə, müştəriyə təfərrüatlı məlumat təqdim edir. Beləliklə, krediti hesablamaq istəyən şəxs aylıq ödənişlərini, ümumi geri ödəniş məbləğini və digər maliyyə parametrlərini dəqiq şəkildə hesablaya bilir. Kredit kalkulyatorları həmçinin ümumi faiz ödənişlərini, məbləğin nə qədərini faiz olaraq ödəyəcəyini və nə qədərini əsas borc kimi qaytaracağını da hesablaya bilər. Bu xüsusiyyətlər, kreditin maliyyətini daha yaxşı başa düşməyə və planlamağa kömək edir.

 

Kredit hesablama qaydası 

Kredit hesablama qaydası kalkulyator vasitəsilə çox sadədir. İlk olaraq kredit kalkulyatorunu istifadə etməyə başladıqda,  tələb olunan məlumatları daxil etmək lazımdır. Bu məlumatlar:

1.Borc götürmək istədiyin kredit məbləği,

2.Faiz dərəcəsi,

3.Müddətidir. 

Qeyd olunan məlumatları düzgün şəkildə seçməklə, kredit kalkulyatoru vasitəsilə dəqiq araşdırma aparmaq mümkündür. Kalkulyator müxtəlif ödəniş planları ilə kreditin maliyyətini görməyə kömək edən əsas alətdir. Məlumatları daxil etdikdən sonra, kalkulyator avtomatik olaraq kreditin maliyyə şərtlərini hesablayır.

 

Kredit hesablanma asan və sürətli  

Ümumiyyətlə, kredit kalkulyatorları, kreditin uzunmüddətli maliyyə təsirlərini qiymətləndirmək və ən uyğun kredit variantını seçməkdə vacib rol oynayır. Kalkulyator, faiz dərəcəsi və kredit müddətini nəzərə alaraq hesablama işləri aparır. Beləliklə, müştərinin ödəməli olduğu aylıq ödənişləri, faiz ödənişləri və  ümumi geri ödəniş məbləği hesablanaraq təqdim olunur. Bunun nəticəsində kredit götürən şəxs, ödənişlərin kredit müddətinə necə bölündüyünü görə bilir. Bununla yanaşı kredit kalkulyatorları fərqli müddət və faiz dərəcələri ilə ödəniş planlarını müqayisə etməyə imkan tanıyır. Bu isə müştəriyə müxtəlif ödəniş planlarını müqayisə edərək ən uyğun seçimi etməyə kömək edir. Avtomatik şəkildə bu prosesləri icra edən kredit hesablama aləti olan kredit kalkulyatorları, dəqiq maliyyə məlumatları təqdim edərək maliyyə qərarlarını daha yaxşı şəkildə qəbul etməyə kömək edir.


9.5%-dən başlayaraq

İllik faiz dərəcəsi

50 000 AZN

Maksimal məbləğ

60 aya-dək

Bitmə tarixi

Əlavə məlumat

Əlavə məlumat

  • Kim ala bilər?

    • — Son iş yerindən iş stajı ən azı 6 ay olan

      — Rəsmi gəliri olan şəxs

      — Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar

  • Tələb olunan sənədlər

    • Şəxsiyyəti təsdiq edən sənəd

      — Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)

  • Ödəmə üsulları

  • Əlavə məlumat

    • — Komissiya: 0%

      — FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5% 

      — Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.

  • Əmanət təminatlı kredit

    • Annuitet qrafikli nağd kredit


      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Ödəniş qaydası annuitet qaydada həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər.


      Sərbəst qrafikli nağd krediti

      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Aylıq minimal faizin ödənilməsi ilə həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər. 


      Kart krediti

      — Məbləğ- depozit məbləğinin max 60% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada (AZN min 12 %) / +3% xarici valyutada təşkil edir;
      — 20 000 AZN çox olmamaq şərti ilə;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər (maks. 24 aydan çox olmamaq şərti ilə);
      — Kartın qiyməti: ödənişsiz.


      *Əmanət təminatlı kreditin rəsmiləşdirilməsinə görə 1% kredit proseduru üzrə komissiya haqqı tutulur.

Axtarış

Məhsullar
Xəbərlər
Digər