9.5%-dən başlayaraq
İllik faiz dərəcəsi
50 000 AZN
Maksimal məbləğ
60 aya-dək
Bitmə tarixi
Banksız kredit pula müxtəlif səbəblərdən ehtiyac yarana bilər ki, bu səbəblərin başında banka getməyə vaxtın olmaması gələ bilər. Hər hansı iş və digər öhdəliklər səbəbindən bank filialına getməkdə çətinlik yaşayanlar üçün tətbiq və ya bankın rəsmi veb-saytı üzərindən onlayn kredit üçün müraciət etmək olduqca səmərəli yoldur.
Banksız kredit pul, yəni onlayn kredit müraciəti zamanı müştərinin kredit müraciətinə daha tez zamanda baxılır. Əgər müştəri kredit şərtlərinə uyğundursa, bu zaman proses daha sürətli olur. Banksız kreditlər, adətən, daha tez təsdiq edilir və pulu daha sürətli almaq imkanı tanıyır.
Adından da göründüyü kimi banksız kredit pul, kredit götürə bilmək üçün ən sürətli və ən rahat yoldur. Bu kredit növü müştəriyə banka gəlmək kimi öhdəlik tələbi vermir. Beləliklə, müştəri mürəkkəb sənəd təqdimatı və uzun gözləmə prosesindən azad olunur.
Unibankdan banksız kredit pul almaq üçün aşağıdakı addımları izləyə bilərsiniz:
Unibankın rəsmi veb saytında və ya UBank mobil tətbiqində kredit müraciət formasını doldurmaq lazımdır. Müraciət formunu doldurmaq üçünlinkə daxil ola bilərsən. Burada əsas məlumatları (ad, soyad, FİN kod, iş yeri, mobil nömrə, rəsmi gəliri) daxil etmək tələb olunur.
Məlumatları daxil edib müraciət formasını doldurduqdan sonra “Məlumatlarımın doğruluğunu təsdiq edir, kredit öhdəliklərim barədə məlumatları AKB kredit reyestrindən , şəxsi və iş yerim üzrə məlumatları isə ”ASAN Finans” sistemi vasitəsilə əldə edilməsinə icazə verirəm” xanasını təsdiqləyərək “Sifariş et” düyməsini sıxmalısan.
Bundan sonra Unibankın təsdiqini gözləmək lazımdır. Müraciətin təsdiq edildikdən sonra, kredit məbləği qısa müddətdə hesabına köçürüləcək.
Banksız kredit pul, bank xidmətlərinə getmədən, rahat və sürətli şəkildə kredit əldə etməyə imkan tanıyır. Bu imkanı əldə etmək üçün Unibank-a müraciət et!
Kalkulyator
— Son iş yerindən iş stajı ən azı 6 ay olan
— Rəsmi gəliri olan şəxs
— Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar
— Şəxsiyyəti təsdiq edən sənəd
— Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)
— Unibank-ın ödəmə terminalları və filialların kassaları
— eManat, MilliÖN
— UBank
— Poçt
— hesab.az
— e-pul.az
— Komissiya: 0%
— FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5%
— Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.
Annuitet qrafikli nağd kredit