Loyallıq Overdraft Layihəsi qısa müddətlərə korporativ müştərilərə dövriyyə vəsaitlərinin (ödənişlərin) maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur.
Overdraft müştərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir, belə ki müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirmək üçün əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradır.
Müştəriyə cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanı verir. Unibank qısa müddət ərzində müştərilərinə təminatsız overdraft limiti ilə maliyyə vəsaiti təklif edir.
Bu məhsuldan kimlər istifadə edə bilər:
— Biznes fəaliyyəti 12 aydan çox göstərən.
— Son 6 ay ərzində hesabları üzrə dövriyyə edən.
— Aylıq dövriyyəsi 5000 AZN-dən yuxarı olan.
Limit:
— İlk dəfə istifadə edənlərə komissiya tətbiq olunmur
— Məbləğ: 5000 (beş min) AZN-dən başlayaraq - 150.000 AZN-ə kimi verilir
— Overdraft limiti müştərinin Unibank hesabı ilə keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq
— Limitdən istifadə müddəti 2 (iki) aydır
— İlk 7 gün faizsiz, illik faiz dərəcəsi 16%-dir
Unibankdan biznes kreditlərini İnternet-Banking-dən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş edin!
Ekvayrinq Overdraft Layihəsi dövriyyə vəsaitlərinin (ödənişlərin) qısa müddətlər üçün maliyyələşdirilməsi məqsədilə korporativ müştərilərə təyin edilmiş kredit məhsuludur.
Overdraft müştərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Bu məhsul müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirən zaman əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradır.
Müştəriyə cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanı verir. Müştərinin Unibanka məxsus POS terminallardan keçirdiyi dövriyyə nəzərə alınaraq, ona qısa müddət ərzində təminatsız overdraft limiti ilə maliyyə vəsaiti təklif edilir. Bu məhsulun digər əsas üstünlüklərindən biri overdraft verildikdən sonra müştəri istəyindən asılı olaraq POS terminaldan keçən ödənişlərin overdraft borcunun silinməsinə yönlənməsidir. Məsələn: Müştəriyə 5400 AZN overdraft verilib. Müraciət zamanı müştəriyə ödənişin neçə faizinin yönləndirilməsinə aid sual verilir və 3 seçim təklif olunur (40%, 50% və 60%). Əgər müştəri 60% seçərsə, 100 AZN-lik ödənişin 60 AZN-i kreditin silinməsinə gedəcək. 5400 AZN – 60 AZN = 5340 AZN borc qalacaq.
Bu məhsuldan kimlər istifadə edə bilər:
— Biznes fəaliyyəti 12 aydan çox göstərən
— Unibankın ekvayrinq proqramına (POS terminallarından istifadə) 6 aydan çox qoşulanlar
Limit:
— İlk dəfə istifadə edənlərə komissiya tətbiq olunmur
— Məbləğ: 5000(beş min) AZN-dən başlayaraq - 100.000 AZN-ə kimi verilir
— Overdraft limiti müştərinin Unibank POS terminallarından keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq
— Limitdən istifadə müddəti 3 (üç) aydır
— İllik faiz dərəcəsi 19%-dir
Unibankdan biznes kreditlərini İnternet-Banking-dən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş edin!
Əmək Haqqı Overdraft Layihəsi qısa müddətlər üçün korporativ müştərilərə əmək haqqı ödənişlərinin maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur.
Unibankın əmək haqqı layihəsinə qoşulan müştərilər üçün xüsusi imkan yaradır. Əmək haqqı overdraftı, Bankın əmək haqqı layihəsinə qoşulmuş müştərilərə (şirkətlərə) qısa müddətə və təminatsız olaraq kredit götürmə imkanı verəcək. Əgər şirkətdə maaşların ödənişində qısamüddətli pul çatışmazlığı, müəyyən gecikmə yaranarsa, Unibankın əmək haqqı layihəsinə qoşulan biznes sahibləri cəmi 1 gün ərzində bu məsələni həll edə biləcəklər.
Əmək haqqı overdraftı çərçivəsində müştərilər təminatsız olaraq 15 günlük faizsiz kredit əldə edəcəklər.
Bu məhsuldan kimlər istifadə edə bilər:
— Biznes fəaliyyəti 12 aydan çox göstərən
— Unibankın Əmək Haqqı layihəsinə 6 aydan çox qoşulanlar
Limit:
— İlk dəfə istifadə edənlərə komissiya tətbiq olunmur
— Məbləğ: 5 000 (beş min) AZN-dən başlayaraq
— Overdraft limiti müştərinin əmək haqqı layihəsi üzrə keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq
— Limitdən istifadə müddəti 3 (üç) aydır
— İlk 15 gün faizsiz, illik faiz dərəcəsi 24%-dir
Unibankdan biznes kreditlərini İnternet-Banking-dən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş edin!