30000 AZN kredit müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Əgər böyük məbləğli bir xərcin varsa və ya həyatında yeni bir mərhələyə başlamaq istəyirsənsə, Unibank-ın 30000 kredit təklifi məhz sənin üçün əsl fürsətdir deyə bilərik. Bu kredit sənə geniş maliyyə imkanları təqdim edəcək və beləliklə istədiyin məqsədlərə çatmaq üçün lazım olan dəstəyi alacaqsan. İstər yeni bir ev almaq, istərsə də böyük bir layihə başlatmaq istəyirsənsə, bu kredit ilə hədəflərinə daha da yaxınlaşacaqsan. Həmçinin Unibank-ın müştəriyönümlü xidməti və uyğun şərtləri ilə kredit almaq prosesi də olduqca sadə və rahatdır.
Təbii ki, bu proses çox sadədir, ehtiyacın olan 30000 manat kredit almaq üçün onlayn şəkildə müraciət etməyin kifayətdir. İstər Unibank-ın rəsmi veb saytına daxil olub, orada təqdim olunan müraciət formasını doldura bilərsən, istərsən də UBank tətbiqini mobil telefonuna yükləyərək bu tətbiq vasitəsilə onlayn şəkildə müraciət edə. Proses çox sürətlidir, qısa zamanda cavab ala biləcəksən.
Qeyd etdiyimiz kimi 30000 AZN kredit təklifindəki şərtlər çox əlverişlidir və hər bir müştərinin ehtiyacı nəzərə alınaraq uyğunlaşdırılıb. İllik faiz dərəcəsinin 9.5%-dən başlaması olduqca sərfəlidir. Bir çox müştəri məhz bu əlçatan faizlərə görə rahatlıqla Unibank-dan kredit əldə edə bilir. Bankımız daima müştərilərinə rahat ödəniş planları təklif etdiyi üçün kreditin geri ödənilməsi daha asan və idarə edilən olur.
Unibank 30000 kredit təklifi ilə sənə uyğun faiz dərəcələri təklif edilir. Bu faiz dərəcəsi kreditin müddətinə bağlı olaraq dəyişə bilər.
Hətta başqa bankda krediti varsa və hələ də 30000 manat kredit almaq istəyirsənsə, Unibank sənə bu fürsəti verir. Müraciət etdikdə bank əməkdaşları əvvəlki kreditini nəzərə alacaq və bu məbləğin verilməsinin uyğun olub-olmadığını bildirəcək.
Əgər kredit müraciətin təsdiqlənərsə, 30000 manat kredit məbləği tez bir zamanda UCard hesabına köçürüləcək. Kreditin geri ödənişi isə çox sadədir:
UBank mobil tətbiqi
Unibank.az linkinə keçid etməklə,
MilliÖn, MilliÖn terminalında "Bank xidmətləri → Unibank → Kredit ödənişi" bölməsini seçərək CIF kod ilə ödəniş edə bilərsən.
Sən də 30000 AZN kredit təklifindən yararlanmaq istəyirsənsə, sadəcə bir neçə addımda müraciət edib, rahat ödəniş şərtləri ilə məbləği əldə edə bilərsən. Unibank hər daim səninlədir!
9.5%-dən başlayaraq
İllik faiz dərəcəsi
50 000 AZN
Maksimal məbləğ
60 aya-dək
Bitmə tarixi
— Son iş yerindən iş stajı ən azı 6 ay olan
— Rəsmi gəliri olan şəxs
— Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar
— Şəxsiyyəti təsdiq edən sənəd
— Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)
— Unibank-ın istehlak krediti ödəmə terminalları və filialların kassaları
— eManat, MilliÖN
— UBank
— Poçt
— hesab.az
— e-pul.az
— Komissiya: 0%
— FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5%
Annuitet qrafikli nağd kredit
Bəli, Nağd kreditlərin alınması üçün kredit sifarişi onlayn verilir.
Kredit kalkulyatoru vasitəsilə dəqiq hesablama aparılması mümkündür. Aylıq ödənişlər seçilmiş müddətə görə dəyişir.
Bəli, Unibank-dan 50 000 AZN-dək Nağd kredit alına bilər.
Bəli, Unibank-dan Nağd kredit götürülməsi UBank və unibank.az vasitəsilə mümkündür.