Depozit kalkulyatoru sərmayə qoymağı planlaşdıran insanlara depozit qoyacaqları məbləğ, ödəmə müddəti və faiz dərəcəsi əsasında qazanacaqları ümumi gəliri hesablamağa kömək edir. Bu yolla müştərilər müxtəlif əmanət növlərini və faiz dərəcələrini asanlıqla müqayisə edib özləri üçün ən uyğun investisiya variantlarını seçə bilərlər.
Depozit kalkulyatoru əmanətin müqabilində qazanacağın faiz məbləğini və ümumi gəliri əvvəlcədən öyrənməyə imkan verən onlayn hesablama vasitəsidir. Bu alət sayəsində müxtəlif məbləğ və ödəmə variantlarını müqayisə edərək ən uyğun investisiyanı planlaşdıra bilərsən.
Depozit kalkulyatoru üzrə istifadə çox asandır. Sadəcə depozitə yerləşdirmək istədiyin məbləği, ödəmə müddətini (məsələn, 3 ay, 6 ay, 1 il) və valyutanı seç, "Hesabla" düyməsinə kliklə. Kalkulyator seçdiyin meyarlara əsasən faiz qazancını və ümumi balansını dərhal göstərir.
Depozit Kalkulyatoru AZN, USD və Avro valyutalarında hesablamalar aparmağa imkan verir. Bu yolla sən müxtəlif valyutalarda əmanətlərini müqayisə edə bilərsən.
Depozit kalkulyatoru vasitəsilə sən Unibank-ın təklif etdiyi müxtəlif əmanət növlərini hesablaya bilərsən. Bu əmanətlər arasında Müddətli, Yığım, Proqressiv və Topla depozit növləri var. Kalkulyator hər bir əmanət növü üzrə faiz dərəcəsi, ödəmə müddəti və məbləğ fərqlərini hesablayır.
Depozit kalkulyatoru qənaət etmək və puluna dəyər qatmaq, illik nə qədər qazanc əldə edəcəklərini bilmək istəyənlər üçün onlara kömək edən ideal vasitədir. İnvestisiya qoymaq istəyən şəxslərə müəyyən müddət ərzində yığdıqları puldan nə qədər faiz qazana biləcəklərini hesablamağa kömək edən bu alət, ilkin qoyulan məbləğə aylıq və illik nə qədər gəlir əldə edəcəklərini göstərir.
Qeyd etdiyimiz kimi depozit kalkulyatoru pulunu dəyərləndirmək istəyən şəxslərin ilk axtardığı alətlərdən biridir. Çünki onlar bu kalkulyatorlar vasitəsilə veb-sayt üzərində hesablama apararaq, seçimlərini dəqiqləşdirirlər. Kalkulyator-depozit üçün ayırılacaq məbləğə əsasən pulun nə qədər faiz gəliri qazanacağını göstərən illik faiz dərəcəsini təqdim edir. Əmanət müddətini seçməklə, banka qoyduğun əmanətin seçilən müddətə əsasən nə qədər artdığını görmək mümkündür.
Əmanət kalkulyatoru əmanət növlərinə görə fərqli faizlər ola bilər. Bəzi əmanət növündə pul nə qədər çox bankda qalarsa, illik faiz dərəcəsi bir o qədər yüksək olur. Buna misal olaraq Proqressiv və Topla-nı göstərə bilərik. Başlanğıc məbləğ və faiz dərəcəsi nəzərə alınmaqla, göstərilən dövr ərzində yığılmış ümumi məbləği, yığım dövrünün sonunda qazanılmış faiz və əmanət dövrünün sonunda əldə ediləcək ümumi məbləği əmanət kalkulyatoru sayəsində görmək mümkün olur. Depozit kalkulyatoru, maliyyə planlaması üçün ən yaxşı alətinizdir.
Bir sözlə depozit kalkulyatoru:
1. Əmanətlərin hesablanması
2. İnvestisiya gəlirinin hesablanması üçün ideal bir vasitədir.
Əmanətlərinizin gələcəyini əmanət kalkulyatoru ilə görün. Unibank, büdcənin dəyər qazanması və daha təhlükəsiz şəkildə qorunması üçün daim səninlədir.