Kredit kart sifarişi necə edilir?
Kredit kart sifarişi etməzdən əvvəl Unibank-ın rəsmi veb-saytına daxil olaraq təklif etdiyimiz kredit kartları ilə tanış olmaq lazımdır. Hər bir kart üçün təqdim olunan şərtlər fərqlidir. Albalı kredit kartını və UCard multivalyutalı kartını təklif edə bilərik. Hər iki kart xüsusi üstünlüklərə sahibdir. UCard 3 (üç) valyutada olmaqla rahat alış-veriş imkanı təklif edir. Albalı isə 4 bank məhsulunu (kredit, taksit kartı, depozit və debet kartı) özündə birləşdirən beynəlxalq kartdır.
UCard multivalyutalı kartı UBank tətbiqi vasitəsilə sifariş etmək mümkündür. Mobil telefona yüklənən UBank-da UCard onlayn şəkildə sifariş oluna bilir. Hazır kart isə bank filialına yaxınlaşmaqla götürülür.
Albalı taksit kartını almaq üçün isə yaxınlıqdakı Unibank filiallarına yaxınlaşmaq lazımdır. Burada sənin rəsmi gəlirinin olub-olmaması müəyyənləşdirilir, əgər kredit tələblərinə uyğun olan namizədsənsə, sənə müəyyən məbləğ ayrılır. Ayrılan kredit məbləği Albalı kredit kartına yüklənilir.
Ümumiyyətlə Unibank-dan kredit kartı sifarişi vermək 2 yolla mümkün olur:
1. Onlayn şəkildə.
2. Bank filialına yaxınlaşmaqla.
Kredit kart sifarişi verməklə, nağdsız ödəniş rahatlığını əldə edərək, Unibank partnyorlarından istənilən məhsulu hissəli şəkildə satın almaq imkanı qazana bilərsən.
Kredit kartları sifarişi indi daha asan!
Kredit kartları sifarişi artıq banka getmədən, evdən çıxmadan, sadəcə bir neçə kliklə mümkündür. Sən də onlayn şəkildə müraciət edərək həm alış-verişini rahatlaşdıran, həm də maliyyəni düzgün idarə etməyə kömək edən bir karta sahib ola bilərsən. Xüsusilə Unibank-ın UCard kartı bu sahədə üstünlükləri ilə seçilən kartlardan biridir.
UCard həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən multivalyutalı kartdır. Bu o deməkdir ki, istədiyin məhsulu yalnız partnyor mağazalardan alıb sonradan faizsiz taksitlə ödəyə bilərsən. Bu da kredit kartları sifarişi zamanı müştərilərin ən çox axtardığı üstünlüklərdən biridir. Həmçinin kartın limiti sənin gəlir səviyyənə və maliyyə vərdişlərinə uyğun olaraq təyin olunur. Yəni həm təhlükəsiz, həm də şəxsi ehtiyaclarına uyğun bir bank məhsulu əldə edirsən.
Kredit kartı
Kredit kartları sifarişi sayəsində gündəlik alış-veriş onlayn ödənişlər və qəfil yaranan ehtiyaclar zamanı rahat və sürətli maliyyə dəstəyi əldə etmək mümkündür.
Əgər sən də kredit kartları sifarişi vermək və qısa zamanda kart sahibi olmaq istəyirsənsə, elə indi UBank tətbiqini yüklə və UCard sifarişini ver!
show more
show less