Unibank-ın yüksək depozit faizləri olan əmanət növləri Müddətli, Yığım, Proqressiv və Topla əmanət növləridir. Hər bir əmanət növü üçün müəyyən olunmuş illik depozit faizləri fərqlidir. Qeyd etdiyimiz linkdə hər bir əmanət növü haqqında ətraflı məlumat göstərilmişdir.
Bəli, Unibank-ın mobil tətbiqi olan UBank vasitəsilə “Topla” əmanət növünü seçməklə depozit hesabı açıla bilir.
Unibank-da yüksək depozit faizlərindən faydalanmaq üçün minimum əmanət məbləği 500 AZN / EUR / USD təşkil edir. Bu əmanət məbləği yalnız Müddətli depozitə aiddir.
Müddət bitdikdən sonra yenidən müqavilə bağlamaqla depozit müddətini artırmaq mümkündür. Qeyd edək ki, Müddətli əmanət növü üçün təyin olunan müddət 24 ayadəkdir.
Vaxtından əvvəl əmanəti götürdükdə, faizlər aşağıdakı kimi hesablanır:
a) Əmanətin müddəti faktiki olaraq 90 günə kimi olduqda illik 0 (sıfır) faiz dərəcəsi üzrə;
b) Əmanətin müddəti faktiki olaraq 91-180 günə kimi olduqda illik faiz dərəcəsinin 20%-ni təşkil edən faiz dərəcəsi üzrə;
c) Əmanətin müddəti faktiki olaraq 181-360 günə kimi olduqda illik faiz dərəcəsinin 30%-ni təşkil edən faiz dərəcəsi üzrə;
d) Əmanətin müddəti faktiki olaraq 361 gündən çox olduqda illik faiz dərəcəsinin 40%-ni təşkil edən faiz dərəcəsi üzrə.