-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
117

Bank Kredit

Bank kredit xidmətini təklif etməklə Unibank, insanların maddi ehtiyacını təmin etməyi hədəfləmişdir. Belə olduqda hər iki tərəf qazanclı olur. Bank kredit xidməti sayəsində həm biznesin genişləndirilməsi, həm maddi ehtiyacın ödənilməsi mümkün olur.

Bank kredit xidməti

Bank kredit xidmətini təklif etməklə Unibank, insanların maddi ehtiyacını təmin etməyi hədəfləmişdir. Belə olduqda hər iki tərəf qazanclı olur. Bank kredit xidməti sayəsində həm biznesin genişləndirilməsi, həm maddi ehtiyacın ödənilməsi mümkün olur. Sənə Unibank tərəfindən müxtəlif kredit növləri təklif olunur ki, hər birinin şərtləri fərqlidir. 

Bank kreditləri adətən aşağı faiz dərəcələri, uzun müddətli geri ödəmə planları və müştəri hüquqlarının qorunması baxımından digər kredit növlərindən daha əlverişli ola bilər. Digər kredit növləri deyildikdə, qeyri-kredit təşkilatlarını misal göstərmək mümkündür. 

 

Bank kredit və üstünlükləri

Bank kredit növlərimiz ilə tanış olaraq ehtiyacın olan krediti Unibank-dan əldə edə bilərsən. Bu kreditin bir çox üstünlükləri vardır ki, onları aşağıdakı şəkildə sadalaya bilərik:

1. Bank kredit növlərinin bir çoxu adətən aşağı illik faiz dərəcəsinə malik olur.

2. Bu bank xidmətinin digər bir üstünlüyü də uzunmüddətli geri ödəmə imkanının olmasıdır. Bank kreditləri uzun müddət ərzində hissəli ödənişlə kiçik məbləğlər şəklində ödənilə bilər.

3. Şəffaf və təhlükəsizlik baxımından Unibank-a etibar etmək daha doğru seçim olacaqdır. Çünki bankımız müştərilərin hüquqlarını qoruyan qanunlarla tənzimlənir.

4. Bank kredit növləri geniş seçim imkanı təklif edir və sən bu kredit xidmətindən yararlanmaq istəyisənsə, ipoteka, istehlak krediti, biznes krediti, nağd kredit və s. kimi müxtəlif ehtiyaclarına uyğun kreditləri əldə edə bilərsən. 

 

Bank kredit verdikdə nələrə diqqət edir?

Bank kredit verdikdə bir neçə faktoru dəyərləndirir. Bu faktorların dəyərləndirilməsi nəticəsində müştəriyə kreditin verilib-verilməməsi müəyyənləşdirilir. 

1. İlkin olaraq müraciət edən şəxsin gəlir mənbəyi araşdırılır. Kredit almağın ən əsas şərti rəsmi gəlirin olmasıdır.

2. Bir çox banklar müştərinin kredit tarixçəsini nəzərə alır. Əgər müştərinin əvvəlki kredit ödənişləri vaxtında və düzgün aparılıbsa, bu, kredit alma şansını artırır.

3. Bəzi bank kredit növlərini əldə etmək üçün müraciət etdikdə, bank tərəfindən zamin və zəmanət göstərilməsi tələb olunur. 

4. Müştərinin yaşı və iş təcrübəsi də kredit müraciətinin dəyərləndirilməsində əsas rol oynayır.

Bank kredit xidmətlərinin yüksək səviyyədə olması ilə seçilən ən yaxşı banklardan biri olan Unibank-a müraciət edərək kredit sifarişi verə bilərsən. 

 


9.5%-dən başlayaraq

İllik faiz dərəcəsi

50 000 AZN

Maksimal məbləğ

60 aya-dək

Bitmə tarixi

Kredit Hesablama Kalkulyatoru

AZN
6 ay
0 %
Ümumi məbləğ
0
AZN
Aylıq ödəniş
0
AZN

Əlavə məlumat

Əlavə məlumat

  • Kim ala bilər?

    • — Son iş yerindən iş stajı ən azı 6 ay olan

      — Rəsmi gəliri olan şəxs

      — Yaşı 18-65 (kreditin bitmə tarixinə) olanlar

  • Tələb olunan sənədlər

    • Şəxsiyyəti təsdiq edən sənəd

      — Gəlirləri təsdiq edən sənəd (iş yerindən əmək haqqı arayışı, elektron arayış , təqaüd haqqında arayış, əmək haqqı və ya təqaüd kartı hesabından son 6 ayın çıxarışı)

  • Ödəmə üsulları

  • Əlavə məlumat

    • — Komissiya: 0%

      — FİFD (Faktiki illik faiz dərəcəsi): min. 9.5% 

      — Kredit Həyat Sığortası: Kredit götürərkən özünü və ailəni gözlənilməz hadisələrdən sığortalaya bilərsən.

  • Əmanət təminatlı kredit

    • Annuitet qrafikli nağd kredit


      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Ödəniş qaydası annuitet qaydada həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər.


      Sərbəst qrafikli nağd krediti

      — Məbləğ - depozit məbləğinin max 80% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada / + 3% xarici valyutada təşkil edir;
      — Aylıq minimal faizin ödənilməsi ilə həyata keçirilməlidir;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər. 


      Kart krediti

      — Məbləğ- depozit məbləğinin max 60% həcmində;
      — İllik faiz dərəcəsi - əmanətin faiz dərəcəsi + 3% milli valyutada (AZN min 12 %) / +3% xarici valyutada təşkil edir;
      — 20 000 AZN çox olmamaq şərti ilə;
      — Müddət: maksimal olaraq əmanətin bitmə müddətinə qədər (maks. 24 aydan çox olmamaq şərti ilə);
      — Kartın qiyməti: ödənişsiz.


      *Əmanət təminatlı kreditin rəsmiləşdirilməsinə görə 1% kredit proseduru üzrə komissiya haqqı tutulur.

Bank Kredit QA


Axtarış

Məhsullar
Xəbərlər
Digər