Korporativ kredit şirkətlərin biznes fəaliyyətlərini dəstəkləmək üçün bank tərəfindən verilən maliyyə vəsaitidir. Biznes kredit növləri ilə tanış olmaq üçün linkə keçid etmək lazımdır.
Korporativ kreditlər yalnız hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulur.
Bu kredit əsasən müəssisə avadanlıqlarının alınması, dövriyyə kapitalının artırılması və layihələrin maliyyələşdirilməsi üçün istifadə olunur.
Kreditin növü seçildikdə, tələb olunan şərtlər və güzəştlər də buna uyğun olaraq dəyişir. Hər bir kredit növünün özünəməxsus qaydaları və şərtləri mövcuddur. Məsələn, bəzi kreditlərdə güzəşt tətbiq oluna bilər, digərlərində isə olmaya bilər. Subsidiyalı (Güzəştli) Kreditlər, SİF Kreditləri və Aqrokreditlər bu kateqoriyaya daxildir.
Unibank tərəfindən təklif olunan biznes kreditləri milli valyuta olan AZN ilə təqdim edilir.