Unibankdan biznesə bayram hədiyyəsi: hesab aç, bank əməliyyatlarını pulsuz et!
Unibank Novruz bayramı münasibəti ilə biznes sahibləri üçün kampaniya keçirir. Kampaniya müddətində Unibankda ilk dəfə hesab açan korporativ müştərilər, bir sıra məhsul və xidmətlərdən pulsuz istifadə imkanı qazanacaqlar.
13.03.2019
Unibank 2018-ci ili mənfəətlə başa vurub
“Unibank” KB ASC 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb. Bank maliyyə hesabatlılığı sahəsində İFRS 9 standartına tam keçid edib və 2018-ci ilin maliyyə nəticələri bu standart əsasında hazırlanıb.
31.01.2019
Biznes kreditini Unibankdan al, faizlərin 10%-dək hissəsini İpoteka və Kredit Zəmanət Fondu ödəsin!
Unibank biznes sahiblərinə çox aşağı faizlə kredit təklif edir. Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı çox sərfəli faizli biznes kreditləri ölkəmizdə biznesin inkişafına daha bir dəstəkdir.
24.01.2019
Unibankdan biznes sahiblərinə Yeni il hədiyyəsi: “Maaş sizlik, xərclər bizlik!”
Unibank şirkətlər üçün çox lazımlı və sərfəli Yeni il kampaniyası keçirir. İndi Unibankın əmək haqqı layihəsinə qoşulan korporativ müştərilərə əmək haqqı kartları pulsuz veriləcək.
04.12.2018
Biznesə daha bir dəstək: kreditlər 0% komissiyalı oldu!
Biznesinizi böyütmək üçün əsl məqamdır! Biznes sahibləri indi Unibankdan krediti 0% komissiya ilə götürə bilərlər. Dekabrın sonunadək müraciət edin və lazım olan məbləğdə manat biznes kreditlərini komissiyasız götürün!
14.10.2018
Unibankdan biznes müştəriləri üçün yeni kampaniya - kredit faizləri geri qaytarılacaq!
İndi Unibankdan götürdüyünüz korporativ kreditlərin faizlərinin bir hissəsi hədiyyə olaraq sizə geri ödəniləcək! Unibankın biznes müştəriləri üçün nəzərdə tutduğu “Sözümüz sözdür!” kampaniyası, bununla sahibkarlara daha aşağı faizlə kredit götürmək imkanı yaradır.
16.09.2018
Unibank ilk Agile Məhsulunu Biznes müştərilərinə təqdim etdi!
Artıq Unibankın biznes müştəriləri ümumiyyətlə banka gəlmədən bir neçə dəqiqə ərzində kredit ala biləcəklər. Buna bankın biznes sahibləri üçün hazırladığı onlayn kreditləşmə xidməti imkan yaradır.
06.09.2018
Unibank və Rabitəbank biznesi birgə kreditləşdirəcək
Rabitəbank və Unibank birgə sindikatlaşdırılmış kreditlər vermək haqqında qərar qəbul edib. Bununla bağlı bank rəhbərləri arasında birgə sindikatlaşdırılmış kreditlərin verilməsini nəzərdə tutan “Niyyət protokolu” imzalanıb.
05.09.2018
Unibankdan biznesə yeni başlayanlara dəstək: Bank xidmətləri pulsuz olacaq!
Unibank biznesə yeni başlayan hüquqi şəxslər üçün kampaniya keçirir. Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər avqust ayı ərzində Unibankda hesab açdıqları zaman, əksər bank xidmətlərindən pulsuz istifadə edə biləcəklər.
30.07.2018
Unibank 15 milyon manata yaxın mənfəət əldə edib
Unibank KB ASC 2018-ci ilin ikinci rübünü də müsbət göstəricilərlə başa vurub. Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ikinci rübünü 15 milyon manata yaxın mənfəətlə yekunlaşdırıb. Hazırda bankın məcmu kapitalı 79 milyona çatıb.
12.07.2018
Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb
Unibankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.
12.07.2018
Plastik kartı pulsuz al!
İyulun sonunadək Unibankda hesab açan müştərilərə plastik kartlar pulsuz veriləcək. Kampaniya müddətində indiyədək Unibankda hesabı olmuş bütün hüquqi şəxslər də banka yaxınlaşaraq, biznes kartları pulsuz əldə edə bilərlər.
02.07.2018
Bank xidmətləri komissiyasız oldu!
İndi Unibankda hesab açan fərdi sahibkarlar və şirkətlər üçün 3 ay ərzində hesablaşma və kassa əməliyyatları PULSUZ olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı keçirilən kampaniya mayın 28-dək davam edəcək.
29.04.2018
Unicapital istiqrazların təkrar satışını həyata keçirəcək
Unicapital METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək. Bu haqda Unicapital İnvestisiya Şirkətinin baş meneceri Heydər İbrahimli bildirib: “Bakı Fond Birjasında “METAK” MMC-nin istiqrazlarının yerləşdirilməsi zamanı sifarişlər 8 investor tərəfindən təqdim edildi və istiqrazlar nominal qiymətlə tam həcmdə yerləşdirildi.
25.04.2018
Unicapital istiqrazların satışı üzrə sifarişlərin qəbuluna başlayıb
Unicapital İnvestisiya Şirkəti METAK istiqrazları üzrə sifarişlərin qəbuluna başlayıb. “METAK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac aprelin 19-da Bakı Fond Birjasında keçiriləcək.
17.04.2018
Unibank yenə yaxşı nəticələr açıqladı – 5 milyona yaxın mənfəət
2017-ci ili 4 milyon manatdan çox mənfəətlə bitirən Unibank, 2018-ci ilin ilk rübünü də müsbət göstəricilərlə başa vurub.
12.04.2018
Unicapital yüksək gəlirli istiqrazların emissiyasının anderrayteri olacaq
Unibank korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin 3 milyon manatlıq istiqrazına təminatçı olub.
09.04.2018
Unibankda biznes kreditləri komissiyasız oldu!
Biznesinizə böyük pullar yatırmaq istəyirsiniz? İndi Unibank-dan biznes kreditlərini çox sərfəli şərtlərlə əldə edə bilərsiniz.
02.04.2018
Unibank istiqraz sahiblərinə ilk faizləri ödəyib
“Unibank” KB ASC istiqraz sahiblərinə ilk faizlərini ödəyib. Unibank-ın tədavülə buraxdığı hər birinin nominal dəyəri 10 min dollar, ümümi dəyəri 10 milyon dollar olan 1000 ədəd faizli, sənədsiz, adlı təmin edilməyən istiqraz, 28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında keçirilən hərrac zamanı yerləşdirilib.
30.03.2018
Unibank yenə lider oldu
Unibank 3 nominasiya üzrə lider bank seçilib. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank 2 nominasiya üzrə 1-ci, bir nominasiya üzrə isə 2-ci yerin qalibi olub
28.03.2018
Unibank 2020-ci ilədək Milli komandamıza dəstək verəcək
Unibank daha bir layihəyə imza atdı. Bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq.
05.03.2018
Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib
Unibankın korporativ müştəriləri indi cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini internet bankinqə köçürə biləcəklər.
21.02.2018
Unibank öz korporativ saytını yenilədi
Unibank yenilənmiş korporativ saytını ( www.unibank.az ) istifadəyə verib. Yenilənmiş sayt müasir və cəlbedici dizayna malik olmaqla, istifadəsi rahat, müştəriyönümlüdür.
25.01.2018
Unibank 2017-ci il fəaliyyətinin nəticələrini açıqlayıb
Unibank 2017-ci ili 4 milyon 44 min manat mənfəətlə başa vurub. Bankın kapitalı əhəmiyyətli dərəcədə artıb. Nizamnamə kapitalı 2016-cı illə müqayisədə 1,8 dəfəyə yaxın artaraq, 125 milyon 686 min manata çatıb .
18.01.2018
Unibankda biznes kreditləri 0% komissiyalı oldu
Unibank biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq.
10.01.2018
Unibank biznes sahibləri üçün 50%-lik endirim kampaniyası keçirir
Biznes sahibləri üçün indi Unibank-da hesab açmağın əsl vaxtıdır. Yanvarın 31-dək Unibank-da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək.
04.01.2018
Unibank kapitalını artırdı
Bakı Fond Birjasında UNİBANK-ın hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 6 milyon 28 manat 96 qəpik məbləğində sənədsiz səhmlərinin yerləşdirilməsi başa çatıb.
28.12.2017
Unibank biznes sahiblərinə növbəti kredit məhsulunu təqdim edir
Unibank biznes müştəriləri üçün dövriyyə həcminə görə overdaft kreditindən sonra daha bir imkan yaradır.
22.12.2017
Unibank biznes sahiblərinə girovsuz 100 000 AZN-dək kredit təklif edir
Unibank müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 100 000 AZN-dək kredit əldə edə bilərlər.
21.12.2017
Unibank biznes sahibləri üçün 25%-lik endirim paketi təqdim edir
Unibank 25 illik yubileyi münasibəti ilə biznes sahiblərinə xüsusi endirim və hədiyyə paketi təqdim edir. Sahibkarlar dekabrın 5-dən 31-dək Unibankın bir sıra məhsul və xidmətlərindən 25%-lik endirim əldə edəcəklər.
06.12.2017