Biznes kartları biznes sahibləri, hüquqi şəxslər üçün təklif olunan xüsusi bank kartıdır. Bu bank kartı vasitəsilə şirkətin maliyyə xərcləri asanlaşır, ödənişlərin təhlükəsizliyi təmin olunur. Biznes kartı vasitəsilə ezamiyyə xərcləri, şirkətin təchizat xərcləri, işçilərin gündəlik xərcləri təmin oluna bilir.
Biznes kartlarının istifadəsi nəticəsində nağd pula ehtiyac azalır, xərclənən pula nəzarət etmək mümkün olur. Hətta bu kartlarda xərclərə limit qoyulması da mümkündür. Bundan başqa bütün xərclərin qeydləri saxlanıldığı üçün mühasibatlıq işləri də asanlaşır, hesabatlar dəqiq şəkildə çıxarıla bilir.
Biznes kartı onlayn olaraq UBank Biznes mobil tətbiq vasitəsitəsilə sifariş oluna bilir. Qeyd edək ki, biznes kartları PIN kodlar, iki faktorlu doğrulama ilə qorunur. Bu kartlara limit təyin edilir, şübhəli fəaliyyət akar olunduqda şəxsə bank tərəfindən xəbərdarlıq olunur. Bir çox üstünlüklərə sahib olan biznes kartlarını əldə etmək üçün Unibankı seçin!