Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Qadın sahibkarlara dəstək” kampaniyası keçirir. Kampaniya çərçivəsində biznesinin həcmindən asılı olmayaraq “Unibank”dan biznes krediti götürən bütün xanım sahibkarlar, krediti illik cəmi 8% ilə rəsmiləşdirə biləcəklər. Kampaniya martın 10-dək davam edəcək.
Sən zərifliyinlə güclü layihələrə imza atan Sahibkarsan- yaxşı ki, varsan!
Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?
-Sərfəli tariflər;
-Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
-Hesabın onlayn açılması;
-Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
-Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
-Sənəd dövriyyəsinin minimuma endirilməsi;
-Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
-Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkar xanımlar bank filiallarına müraciət edərək, kampaniyadan faydalana bilərlər.