Müştəri ol
İnkassasiya xidmətləri

İnkassasiya xidmətləri

İnkasassiya - nağd pul və qiymətli əşyaların təhlükəsiz daşınmasını təmin edən xidmətdir. Nağd pula ehtiyac yaranırsa, onun daşınması ilə bağlı problemləri öz üzərimizə götürməyə və Sizə öz inkassasiya xidmətimizi təklif etməyə hazırıq.

İnkasassiya  - nağd pul və qiymətli əşyaların təhlükəsiz daşınmasını təmin edən xidmətdir. Tez-tez böyük həcmlərdə nağd pula ehtiyac yaranırsa,  onun daşınması ilə bağlı problemləri öz üzərimizə götürməyə və Sizə öz inkassasiya xidmətimizi təklif etməyə hazırıq.


Xüsusiyyətlər:

— Sizin pul vəsaitinizin tam mühafizəsinin təmin edilməsi məqsədi ilə biz inkassatorlar tərəfindən daşınan qiymətli əşyaların aparıcı sığorta şirkətlərində, öz hesabımıza sığorta edilməsini həyata keçiririk, bunun sayəsində inkassasiya üzrə əməliyyatlar Sizin üçün risksiz olur.

— Sizə məxfilik, fərdi yanaşma və inkassator xidmətlərinin etibarlılığı üçün zəmanət veririk.

— Sizin nağd pul vəsaitinizin banka çatdırılması.

— Bankın nağd pul vəsaitinin sizin təşkilata çatdırılması.

— 2 məntəqə arasında pul vəsaitinin çatdırılması

 

Sizin sərəncamınıza aşağıdakılar təqdim olunacaq:  

—İxtisaslaşdırılmış avadanlıq.

— İxtisaslaşdırılmış avtonəqliyyat.

— Silahlı mühafizə dəstəsi.

İnkassasiya nədir?

Sadə dildə desək, inkassasiya xidməti bizneslərin gündəlik gəlirlərinin təhlükəsiz daşınmasını təmin edir. Bu xidmət sayəsində şirkətlər pulun daşınması ilə bağlı riskləri azaldır, vaxt və resurslarına qənaət edirlər.

İnkassasiya xidməti nə üçün vacibdir?

Nağd vəsaitlə işləyən şirkətlər üçün hər gün kassadan banka pul aparmaq həm vaxt aparan, həm də riskli bir prosesdir. İnkassasiya xidməti bu çətinliyi aradan qaldırır.
Bank tərəfindən göndərilən inkasator, yəni xüsusi təlim keçmiş əməkdaş, zirehli nəqliyyat vasitəsi ilə pulu və ya qiymətli əşyaları toplayaraq bank hesabına təhlükəsiz şəkildə köçürür.

İnkasso nədir?

“İnkasso” termini çox vaxt “inkassasiya” ilə qarışdırılır, lakin anlamı bir qədər fərqlidir. İnkasso bankın müştərinin tapşırığı ilə digər tərəfdən ödəniş tələb etməsi deməkdir. Məsələn, şirkət məhsul göndərib, ödəniş üçün alıcının bankına müraciət edir. Bu zaman əməliyyat inkasso yolu ilə həyata keçirilir. Yəni, inkassasiya pulun fiziki daşınmasıdır, inkasso isə ödənişin banklararası sənədli şəkildə alınması prosesidir.

İnkasator kimdir və nə iş görür?

İnkasator bank və ya mühafizə xidmətinin əməkdaşıdır, əsas vəzifəsi nağd pul və qiymətli əşyaların təhlükəsiz daşınmasını təmin etməkdir.
Onlar xüsusi uniformada, müasir təhlükəsizlik texnologiyaları ilə təchiz olunmuş zirehli nəqliyyat vasitələrində fəaliyyət göstərirlər. İnkasatorlar həmçinin pulun qəbulunu, sənədləşdirilməsini və təhvil-təslimini də həyata keçirirlər. Bu prosesin hər addımı bank tərəfindən sığortalanır və ciddi nəzarət altındadır.

Nağd pul və qiymətli əşyaların təhlükəsiz daşınması

Bankların təqdim etdiyi inkassasiya xidmətləri yalnız pul daşınması ilə məhdudlaşmır. Eyni zamanda qiymətli sənədlər, çeklər, zərgərlik və digər dəyərli əşyalar da təhlükəsiz şəkildə daşına bilər. Xidmət aşağıdakı üstünlükləri ilə seçilir:
· Təhlükəsizlik: Zirehli nəqliyyat və peşəkar mühafizə.
· Vaxtın qənaəti: İşçilər pul daşınmasına vaxt itirmir.
· Dəqiqlik və sənədləşmə: Hər əməliyyat rəsmi protokolla təsdiqlənir.
· Sığorta: Daşınan vəsait tam şəkildə sığortalanır.
Bu xüsusiyyətlər sayəsində biznes sahibləri gündəlik fəaliyyətlərini rahatlıqla davam etdirə, maliyyə axınlarını isə təhlükəsiz şəkildə idarə edə bilirlər.
show more

Axtarış

Məhsullar
Xəbərlər
Digər