Onlayn xidmətlər
Onlayn xidmətlər QA
Rəqəmsal Bankçılıq vasitəsilə hesablarınıza nəzarət edə, pul köçürmələri həyata keçirə, ödənişləri ödəyə, hesablarınız üzrə əməliyyat tarixçəsini izləyə və bir sıra digər bank xidmətlərindən yararlana bilərsiniz.
Xeyr, Unibankda hesab açmaq üçün banka getməyinizə ehtiyac yoxdur. Hesabınızı şəhadətnamə dublikatı olmadan, dərhal onlayn şəkildə açmaq mümkündür.
Biznes kartları Bank filialına gəlmədən, növbələrdə gözləmədən də sifariş etmək mümkündür. “Biznes kartın onlayn sifarişi” xidməti sayəsində istənilən yerdən İnternet bankinqə daxil olaraq Biznes kart sifariş edə hazır kartı kuryer vasitəsilə bankdan götürə bilərsiniz. İnternet Bankinqlə sifariş edilən kart üzrə müqavilə forması ASAN İmza ilə imzalanır. Biznes kartın onlayn sifarişi ilə bağlı daha geniş məlumatı buradan öyrənə bilərsiniz.
Onlayn əməkhaqqı layihəsi, əməkdaşlarınızın əməkhaqqı kartlarını banka gəlmədən sifariş etməyinizə imkan verən xidmətdir. Hazır kartlar birbaşa şirkətinizə kuryer vasitəsilə gətirilir, beləliklə, vaxta qənaət edirsiniz və rahatlığınızı artırırsınız.