İnternet bankçılıq

İstər Filialda qeydiyyatdan keçməklə istərsə də ASAN imza ilə aktivləşdirə və xidmətlərdən faydalana bilərsiniz. Siz bankın istənilən filialına müraciət edərək əldə edə bilərsiniz.
Daxil ol

 

Üstünlük

— Rahatlıq və sadəlik (Xidmətin istifadəsi çox asandır);

— Operativlik (Qısa müddətdə xidmətə daxil olmaq mümkünlüyü);

— Hesabatlılıq (Müştəri bank hesabatların istənilən vaxt  əldə edilməsi);

— Nəzarət (24/7 bank hesablarınızla əməliyyat edilməsi). 

İnternet Bankinq sisteminin imkanları: 

— Konvertasiya əməliyyatları.

— Müştərinin vəsaitinin bir hesabdan “Unibank”ın istənilən filialında olan digər hesabına köçürülməsi.

— Vəsaitin “Unibank”ın istənilən filialında digər müştərinin hesabına köçürülməsi.

— Ölkə daxilində milli valyutada vəsaitin banklararası köçürülməsi.

— Müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi.

— Hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi.

— Valyuta məzənnələri haqqında məlumat.

— Bankın yeni imkanları haqqında məlumatın əldə edilməsi.

— Keçirilən əməliyyat növləri üzrə stastikanın aparılması.

— Bankın əməkdaşlarından İnternet-Bank sisteminin işinə dair məsləhətlərin və qanunvericilik haqqında məlumatların alınması.

— İstənilən vaxt pulsuz olaraq bank hesablarına nəzarət edilməsi.

— Dövriyyə ödənişlərinin avtomatik olaraq həyata keçirilməsi.

— Ölkə daxili ödənişlərin aparılması.

— İnternet bankinqə sənəd şablonunu yükləməklə bütün  işçilərinin əmək haqqlarının köçürlüməsini bir dəfəyə həyata keçirmək.  

Open API– müştərilərə real zamanda hesabları haqqında məlumatları əldə etmək, həmçinin rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanını yaradan ekosistemdir.

Open API əsas məqsədi:

Müştərinin İB-yə girmədən bütün ödənişləri göndərmək - Open API əsas məqsədidir.
Yəni, biz müştəriyə elə format təqdim edirik ki, müştəri (hüquqi şəxs) həmin formatı öz hesablaşma sisteminə inteqrasiya etdiyi halda, səhvsiz və gecikmədən, ödənişləri göndərə bilir.
Hazırda API vasitəsilə İB-də bütün növ ödənişlər və köçürmələr keçirmək mümkündür (əmək haqqı və kütləvi ödənişlər istisna olaraq)
— Hesabdan hesaba köçürmə
— Hesabdan karta köçürmə
— Kartdan hesaba
— Xarici bank hesabından yerli bank hesabına
— Yerli bank hesabından xarici banka
— Büdcə ödənişləri
— Azercell ödənişləri
— ƏDV ödənişləri

Bundan əlavə, API vasitəsi ilə müştərinin kartları və hesabları haqqında bütün məlumatlar mövcuddur. Bu platforma müştəriyə bütün hesablarını izləmək və maliyyə hesablarını idarə etmək imkanı verir, yəni bütün məlumatlar bir platformada mövcuddur.
Sistem bir neçə bank hesabı olan bir müştərinin işini asanlaşdırmağa imkan verir. API-dən istifadə edərək, müştəri bir hesabından digər hesabına asanlıqla pul köçürə bilər.
— Open API məlumatların tam təhlükəsizliyi təmin edir
— Müştəri üçün öz sistemində ödəniş yaratdıqdan sonra, İB-də eyni ödənişi yaratmdağa ehtiyac qalmır, ödəniş avtomatik olaraq yaradılır
— API yeni müştəriləri cəlb etmək, eyni zamanda mövcud müştərilərin loyallığını təmin etmək üçün bir vasitədir.
Məhsullar
Xəbərlər
Digər