Akkreditivlər
Bankın şərti pul öhdəliyidir ki, idxalçının (applikantın) tapşırığı ilə verilən müəyyən məbləği ixracatçıya (benefisiara) tam və akkreditivin şərtlərinə zid olmayaraq (yəni akkreditiv vaxtının, yükləmə şərtlərinin, sığorta və s. kimi sənədlərin düzgün göstərilməsilə) onun bankı tərəfindən sənədlərin çatdırılmasından sonra həyata keçirilən ödənişdir.
Beynəlxalq Unifikasiyalandırılmış Qaydalarla tənzimlənən Sənədli Akkreditiv dünyanın bütün ölkələrində tətbiq edilir, çünki o daxili hüquqlara deyil, ən yüksək etibarlı hüquqlara təminat verir. Akkreditivin mahiyyəti, beynəlxalq hesablaşmalarda iştirak edən tərəflərin qarşısında, üç əsaslı məsələlərin həlli yollarının tapılmasına imkan yaradır:
— Xarici ticarət müqavilələrin əsasında keçirilən ödənişlər;
— Xarici ticarət əməliyyat müddətində bank hər iki tərəfə zəmanət verir;
— Hesablaşma prosesinə müxtəlif şəkilli maliyyələşdirmə əməliyyatlarının daxil edilmə imkanı.
Akkreditiv Sizə həm idxalçı, həm də ixracatçı olduğunuz halda sərfəlidir. Ona görə ki, əgər Siz,İxracatçısınızsa:
— Ödəniş akkreditivin şərtlərinə müvafiq olan sənədlər bizə təqdim ediləndən sonra, ən qısa bir müddətdə yerinə yetiriləcək;
— Akkreditiv təsdiq edilə bilər, beləliklə ödəniş öhdəliyi əlavə edilir;
— Ödəniş Sizin ölkənizdə olan bank vasitəsilə yerinə yetirilə bilər.
— Siz akkreditivin şərtlərinə əsasən təqdim edilməli olan sənədlər toplusunun müəyyən edilməsi zamanı, bankdan yardım ala bilərsiniz;
— Siz Bankın akkreditivindəki vaxt hüdudlarına əsaslanaraq, malların müəyyən vaxt dövründə boşaldılmasını tələb edə bilərsiniz;
— Biz Sizə bütün sənədlərin diqqətlə yoxlanılması barədə zəmanət veririk.