Xəbərlər və aksiyalar

Unibankdan biznes sahiblərinə Yeni il hədiyyəsi: “Maaş sizlik, xərclər bizlik!”
04.12.2018
Unibank şirkətlər üçün çox lazımlı və sərfəli Yeni il kampaniyası keçirir. İndi Unibankın əmək haqqı layihəsinə qoşulan korporativ müştərilərə əmək haqqı kartları pulsuz veriləcək. Üstəlik bu kampaniyadan faydalanan şirkətlərdən bir il ərzində əmək haqqı layihəsinə görə komissiya tutulmayacaq. Kampaniya 1 fevral 2019-cu il tarixinədək davam edəcək.

Bu kampaniyaya qoşulan korporativ müştərilər və onların əməkdaşları, əmək haqqı fondunun büdcəsindən və ya əmək haqqı kartlarının sayından asılı olaraq aşağıdakı endirimləri əldə edəcəklər:

Şirkət üçün endirimlər

  • Əmək haqqı kartları pulsuz;
  • 12 ay müddətinə əmək haqqı fondu üzrə xidmət tarifi – 0%
  • Unibank ATM-lərdən əmək haqqının nağdlaşdırılması pulsuz.

 

Şirkət rəhbərləri üçün endirimlər: 

  • Premium kartlar hədiyyə (MC BLACK / PLATİNUM / GOLD);
  • Kartda hesab qalıq məbləğinə 5%-dək gəlir;
  • 6%-dən başlayraq ipoteka krediti;
  • 16%-dən başlayaraq plastik kartda kredit xəttləri;
  • Kredit proseduru üçün komissiya 0%.

Şirkət işçiləri üçün endirimlər:

  • Albalı Plus kredit kartı hədiyyə;
  • Kartda hesab qalıq məbləğinə 3% gəlir;
  • 7 %-dən başlayan ipoteka krediti;
  • 18%-dan başlayan istehlak kreditləri;
  • Kredit proseduru üçün komissiya 0%

 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

- Sərfəli tariflər;
- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;
- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;
- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;
- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;
- Sənəd dövriyyəsinin minimuma endirilməsi;
- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;
- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibankın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
Məhsullar
Xəbərlər
Digər