"Unibank" daha beş vətəndaşa şəxsi biznesini qurmaq üçün dəstək olub
Unibank özünüməşğulluq layihəsi çərçivəsində daha beş vətəndaşa dəstək verib. Bank bu il ərzində şəhid və qazi ailələri də daxil olmaqla, indiyədək 18 vətəndaşımıza dəstək göstərib.
24.10.2023
Unibank biznes sahibləri üçün “Payız endirimi” kampaniyası keçirir
Biznesinizə payız bərəkəti gətirin! Unibank bunun üçün biznes sahiblərinə xüsusi fürsət yaradıb. Bankın “Payız endirimi” kampaniyası çərçivəsində mikro və kiçik sahibkarlar 30 min manatadək krediti çox sərfəli şərtlərlə və girovsuz rəsmiləşdirə biləcəklər.
12.10.2023
Unibank 22.000.000 manat xalis mənfəət əldə edib
“Unibank” KB ASC 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb. Bankın cəmi gəlirlər ötəni ilin uyğun dövrü ilə müqayisədə 43 % artaraq, 233 milyon manata çatıb.
12.10.2023
Unibankda onlayn biznes hesabını şəhadətnamə dublikatsız açmaq olar
İndi biznes sahibləri üçün “Unibank”da onlayn hesab açmaq daha asan olub. Artıq biznes sahibləri hesab açmazdan əvvəl şəhadətnamə-dublikatları sifariş etməyəcək və dublikatın banka çatması üçün gözləməyəcəklər.
06.10.2023
"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində daha 5 vətəndaşa dəstək olub
Unibank özünüməşğulluq layihəsində qazilərimiz də daxil olmaqla, daha bir neçə vətəndaşımıza dəstək göstərib. Layihə çərçivəsində bank tərəfindən Bakı, Abşeron, Xaçmaz və Bərdədə yaşayan həssas əhali qruplarına şəxsi bizneslərini qurmaq üçün avadanlıqlar təqdim olunub.
20.09.2023
Unibankdan biznes üçün pulsuz kart, ödənişsiz xidmət!
Pulsuz biznes və əmək haqqı kartları, üstəlik 3 ay ödənişsiz köçürmə imkanı əldə etmək istəyirsinizsə, elə indi “Unibank”ın “Yay kampaniyası”ndan faydalana bilərsiniz. 3 ay ərzində onlarla sahibkar bu sərfəli kampaniyadan istifadə edib. Avqustun sonunadək Unibank müştərisi olmaq istəyən biznes sahibləri də bu imkandan yararlana bilərlər.
28.08.2023
Unibank tədavülə yüksək gəlirli manat istiqrazları buraxır
23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Unibank KB”-nin tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.
24.08.2023
Unibankın biznes kredit portfeli birinci yarımildə xeyli artıb
2023-cü ilin ilk yarısında Unibankın kredit portfeli rekord həddə çataraq, ilk dəfə milyardı ötüb və 1 milyard 5 milyon manata çatıb. Ayrıca olaraq, biznes kredit portfelində ciddi artım qeydə alınıb. İlk yarım il ərzində Unibank biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib.
17.08.2023
Unibankın biznes üçün yay kampaniyası davam edir
Biznes kartlarını və əməkhaqqı kartlarını pulsuz əldə etmək istəyirsinizsə, avqustun sonunadək bu imkandan faydalana bilərsiniz. Çünki Unibankın 3 aylıq “Yay kampaniyası” hələ ki davam edir. Unibank müştərisi olmaq istəyən biznes sahibləri bu çox sərfəli kampaniyanın fürsətlərindən istifadə edə bilərlər.
11.08.2023
"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstəyini davam etdirir
Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən Bakı, Abşeron və Bərdədə yaşayan həssas əhali qruplarına heyvandarlıq və avtotəmizləmə avadanlığı zərfləri üzrə dəstək olunub.
03.08.2023
“Unibank”ın manat istiqrazlarını alanlar 2,7 milyon manat faiz gəliri qazanıblar
“Unibank” KB ASC tərəfindən 27.01.2022-ci il tarixində emissiya edilən 20 milyon manatlıq manat istiqrazları üzrə əsas məbləğin və sonuncu kupon məbləğinin ödənişi həyata keçirilib.
30.07.2023
Unibank birinci yarımili yüksək nəticələrlə başa vurub
“Unibank” KB ASC 2023-cü ilin ikinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Ötəni ilin uyğun dövrü ilə müqayisədə bankın xalis mənfəəti kəskin artıb, aktivlərin həcmi milyard yarımı keçib, kredit portfeli üzrə rekord göstərici əldə olunub. 30 iyun 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 20 milyon artaraq 28 milyon manatı keçib.
24.07.2023
Biznes sahibləri Unibankdan dəqiqələr ərzində və girovsuz kredit götürə bilər
Unibank, biznes sahiblərinə istədikləri vaxt maliyyə vəsaiti əldə etmələri üçün çox sərfəli şərtlərlə overdraft kreditləri təklif edir. Sahibkarlar təcili pul lazım olan anda özlərinə sərf edən, qısa müddətli biznes kreditlərindən birini seçib, müraciət edə bilərlər. Müşahidələr göstərir ki, “Unibank”ın overdraft kreditləri öz sərfəli şərtlərinə görə, sahibkarların tez-tez müraciət etdiyi məhsullar içərisindədir.
20.07.2023
Unibank MDB istiqraz bazarının ən yaxşı iştirakçılarından biri seçilib
Unibank Cbonds Awards CIS-2023 nominasiyasının qalibi seçilib. MDB ölkələri üzrə istiqraz bazarında ölkələrin ən yaxşı iştirakçılarına verilən mükafatın bu il 14 qalibi olub. Azərbaycandan yeganə olaraq Unibank və bankın törəmə şirkəti olan “Unicapital” İnvestisiya Şirkəti nominantlar siyahısında yer alıb.
07.07.2023
Unibankın bir sıra göstəricilər üzrə bazar payı artıb
Son iki il ərzində “Unibank”ın tələbli depozitlər üzrə bazar payında nəzərəçarpacaq artım qeydə alınıb. İstər fiziki, istərsə də hüquqi şəxslərin banka etibarının daha da güclənməsi, bu ilin birinci rübünün depozit portfelinin həcmində də özünü göstərib.
03.07.2023
Unibankda biznes hesabını onlayn aç, kampaniyadan faydalan!
Yay ayları ərzində “Unibank”da onlayn biznes hesabı açmaq istəyən sahibkarlara böyük fürsətlər yaradılıb. Hazırda fərdi və hüquqi şəxs olan sahibkarlar öz işlərini asanlaşdımaq, vaxtlarına dəyər qatmaq üçün bank filialına gəlmədən hesab aça bilirlər. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.
22.06.2023
"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində 4 nəfərə avadanlıq təqdim edib
Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən 4 nəfərə “Qadın gözəllik salon” zərfi üzrə avadanlıq verilib. Avadanlıqlar Sumqayıt, Salyan, Tovuz və Ağcabədidə yaşayan vətəndaşlara təqdim edilib.
13.06.2023
Unibankdan biznes üçün yay kampaniyası: kartlar pulsuz, komissiya sıfır!
İndi Unibank müştərisi olmaq istəyən biznes sahibləri üçün əla fürsət yaranıb. Çünki “Yay kampaniyası” çərçivəsində bankda 31 avqust tarixinədək onlayn hesab açan, əmək haqqı layihəsinə qoşulan və kartları onlayn sifariş edən biznes sahibləri üçün biznes kartları və əmək haqqı kartları pulsuzdur.
05.06.2023
Unibank Beynəlxalq auditorun hesabatını açıqladı: Bankın aktivləri 1.4 milyarda yaxınlaşıb
2022-ci il üzrə müstəqil auditorun hesabatına əsasən “Unibank KB” ASC-nin ümumi aktivləri əvvəlki il ilə müqayisədə 37% artaraq 1,397 milyard manat təşkil edib. Xalis kredit portfeli isə 28% artaraq 845 milyon manat olub. 2022-ci ilin sonunda Bankın nağd pul vəsaitləri 255 milyon manata bərabər olub.
30.05.2023
Unibank korporativ internet bankçılıq üzrə MDB-nin ən yaxşı bankları siyahısındadır
Unibank “İnternet bankçılıq” nominasiyası üzrə Azərbaycan bankları arasında 2-ci yerə çıxıb. Bu qərar “SME Banking Club” beynəlxalq platformasının “Business Online Banking -2023” araşdırmasının nəticələrinə əsasən verilib.
18.05.2023
Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb
2023-cü ilin ilk rübü ərzində “Unibank” KB ASC biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq, 290 milyon manata çatıb.
10.05.2023
Unibank birinci rübü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti 15 milyon manata yaxın olub. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. Dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% artaraq, 75 milyon manata yaxınlaşıb. Bunun 48 milyon manatı faiz gəlirləri, 27 milyon manatı isə qeyri-faiz gəlirləri hesabınadır. Beləliklə bank birinci rübü 4,3 milyon manat xalis mənfəətlə başa vurub.
25.04.2023
Unibankda biznes hesabını banka gəlmədən-onlayn aç!
“Unibank”da biznes hesabı açmaq üçün sahibkarların bank filialına gəlməsinə ehtiyac yoxdur. Bank fərdi və hüquqi şəxs olan sahibkarların işini asanlaşdımaq, onların vaxtına dəyər qatmaq üçün xeyli müddətdir ki, onlayn hesab xidmətini istifadəyə verib.
18.04.2023
Unibankın “Bahar endirimi” kampaniyası davam edir
“Unibank”ın biznes sahibləri üçün keçirdiyi kampaniya bu həftənin sonunadək davam edəcək. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulan “Bahar endirimi” kampaniyası çərçivəsində 36 ayadək bütün təminatsız kreditlərə 3%-dək endirim edilir.
27.03.2023
Unibank biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
Unibank biznes sahibləri üçün daha bir kampaniyaya başlayıb. Mikro və kiçik sahibkarlar üçün nəzərdə tutulan “Bahar endirimi” adlı kampaniya çərçivəsində 36 ayadək bütün təminatsız kreditlərə 3%-dək endirim ediləcək.
14.03.2023
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin İdarə Heyətində dəyişiklik olub. 2020-ci ilin mayından “Unicapital” İnvestisiya Şirkətinin Baş direktoru olan Tahir Qəribov digər vəzifəyə təyinatı ilə əlaqədar olaraq, öz xahişi ilə buradakı vəzifəsindən ayrılıb.
22.02.2023
Unibank rəhbərliyində yeni təyinat olub
“Unibank KB” ASC İdarə Heyətinin qərarına əsasən, Tahir Qəribov Korporativ Biznes üzrə Baş İnzibatçı vəzifəsinə təyin edilib.
22.02.2023
Unibankın İdarə Heyətində yeni təyinat olub
“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.
02.02.2023
Unibank ötən il biznes kreditləşməsini kəskin artırıb
“Unibank” KB ASC 2022-ci il ərzində biznes kreditləşməsinə xüsusi diqqət yetirib. Bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274 milyon manatı ötüb. Bu əvvəlki illə müqayisədə 32 milyon manata yaxın artım deməkdir.
31.01.2023
Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 24.5 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb.
24.01.2023