Müştəri ol

Korporativ kartlar

Biznes kartlar şirkətin məsrəflərinin səmərəli və rahat idarə olunması, təsərrüfat fəaliyyəti ilə bağlı hesablaşmaların aparılması və ezamiyyət xərclərinin, təsərrüfat məsrəflərini, nümayəndəlik xərclərini ödəməyə imkan verir.

Biznes kartlar

Bankın korporativ müştərilərinə təklif etdiyi Biznes kartlar şirkətin məsrəflərinin səmərəli və rahat idarə  olunması, təsərrüfat fəaliyyəti ilə bağlı  hesablaşmaların aparılması və ezamiyyət xərclərinin (mehmanxana, avtomobil icarəsi, bilet sifarişi və s. ), təsərrüfat məsrəflərini, nümayəndəlik xərclərini ödəməyə imkan verir. 

Biznes kartları Bank filialına gəlmədən, növbələrdə gözləmədən də sifariş etmək mümkündür. “Biznes kartın onlayn sifarişi” xidməti sayəsində istənilən yerdən İnternet bankinqə daxil olaraq Biznes kart sifariş edə hazır kartı kuryer vasitəsilə bankdan götürə bilərsiniz. İnternet Bankinqlə sifariş edilən kart üzrə müqavilə forması ASAN İmza ilə imzalanır.  Biznes kartın onlayn sifarişi ilə bağlı daha geniş məlumatı buradan öyrənə bilərsiniz.


Korporativ kartın üstünlükləri:

">— Qeyri-iş günü və qeyri-iş saatlarında nağd vəsaitlərdən  istifadə etmək imkanı;

— Ezam olunan əməkdaşların hesabına operativ pul yatırılması imkanı;

— Hər bir əməkdaşın məsrəfinə müəssisənin birbaşa nəzarəti;

— Oğurluq və pulların itirilməsi riskinin azaldılması;

— Hesabatı təqdim olunmalı olan məbləğlərin verilməsi ilə bağlı əməliyyat məsrəflərinin və vaxtının azalması.

— Xarici ezamiyyətlər zamanı xarici valyutanın alınması zərurəti olmur (pul vəsaitlərinin konvertasiyası üzrə bütün əməliyyatlar avtomatik olaraq həyata keçiriləcək);

— Standart nağsız ödənişə nisbətən hesablaşma və haqqı ödənilmiş malın/xidmətin alınmasının tezləşməsi;

— Sərhədi keçərkən deklarasiya tərtib olunması zərurətinin olmaması.

— Sığorta, gömrük, büdcə və rüsum ödənişlərinin həyata keçirilməsi.  


Korporativ kart nədir?

Korporativ kartlar işgüzar prosesləri səmərəli şəkildə idarə etmək üçün mühüm vasitədir. Bu kartlar maliyyə idarəetməsini optimallaşdırır, xərclərə nəzarət etməyə imkan verir. Əməkhaqqı və sosial ödənişlər üçün istifadə oluna bilməyən korporativ kartlar, işçilərin iş səfərləri, yemək xərcləri və digər işgüzar xərc üçün nəzərdə tutulmuşdur. Maliyyə fırıldaqçılığının qarşısını almaq, təhlükəsiz şəkildə ödənişlər etmək üçün Unibankdan korporativ kartlar əldə edə bilərsiniz.


Korporativ kartların növləri

Bu kartlar hüquqi şəxsin hesabına bağlı olur. Biznes kartları olaraq da adlandırılan korporativ kartlar debit və kredit olmaq üzrə 2 yerə ayrılır. Bəs biznes kartlarının üstünlükləri nələrdir?

1.     İlk əvvəl qeyd edək ki, korporativ kartlar sizin xərclərə nəzarət etməyinizi asanlaşdırır. Siz UBank Biznes vasitəsilə xərclərinizi görə [AVM1] və limit qoya bilərsiniz.

2.     Korporativ kartlar ilə ezamiyyələr zamanı bütün xərclər ödənilə bilir.

3.     Əgər fırıldaqçılıqla rastlaşsanız, anında bloklamaq imkanına sahib olursunuz.

Korporativ kartların müxtəlif məqsədlər; iş səfərləri, ofis üçün lazım olan təchizat xərcləri, yemək, əyləncə və onlayn xidmətlər üçün istifadə oluna bilər.




Axtarış

Məhsullar
Xəbərlər
Digər