Dövriyyə əsasında

Ekvayrinq Overdraft Layihəsi dövriyyə vəsaitlərinin (ödənişlərin) qısa müddətlər üçün maliyyələşdirilməsi məqsədilə korporativ müştərilərə təyin edilmiş kredit məhsuludur.

Overdraft müştərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Bu məhsul müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirən zaman əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradır.

Müştəriyə cari hesab qalığından artıq olan məbləğlərdə cari hesab üzrə əməliyyatları həyata keçirmək imkanı verir. Müştərinin Unibanka məxsus POS terminallardan keçirdiyi dövriyyə nəzərə alınaraq, ona qısa müddət ərzində təminatsız overdraft limiti ilə maliyyə vəsaiti təklif edilir.

 

Bu məhsuldan kimlər istifadə edə bilər:

— Unibank ilə 12 aydan çox əməkdaşlıq edənlər;

— Unibankın ekvayrinq proqramına (POS terminallarından istifadə) 6 aydan çox qoşulanlar.

 

Limit:

— Məbləğ:  5000(beş min) AZN-dən başlayaraq  - 100.000 AZN-ə kimi verilir.

— Overdraft limiti müştərinin Unibank POS terminallarından keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq.

— Limitdən istifadə müddəti 3 (üç) aydır.

— İllik faiz dərəcəsi 22%-dir. 


Unibankdan biznes kreditlərini İnternet-Banking-dən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş edin!

Məhsullar
Xəbərlər
Digər