-
gün
-
saat
-
dəqiqə
-
saniyə
5-ci tiraj başladı!Unibank kartınla ödə və Sea Breeze-də mənzil, Toyota Corolla Cross avtomobili, iPhone 15 Pro və çoxlu pul uduşları qazanmaq şansını əldə et.
Müştəri ol

Xəbərlər və aksiyalar

Unibank yeni inkişaf mərhələsinə qədəm qoyur
Bank sektorunda davamlı inkişafı, yeniliklərə açıq olması ilə fərqlənən Unibank, 2021-2023-cü il strategiyasına uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Yeni mərhələnin əsas məqsədi, bankın bütün fəaliyyətini müştərinin ehtiyac və istəklərinə uyğunlaşdırmaqdır. Qarşıdakı illərdə bankın prioriteti müştərilərin istək və ehtiyaclarına fokuslanaraq, rəqəmsal və texnoloji transformasiyanı həyata keçirmək olacaq. Unibank yeni bazar mövqeləndirməsi çərçivəsində loqo və sloqanını dəyişib. Bankın loqosu yeni hədəflərinə daha uyğunlaşdırılıb. Bankın yeni sloqanı isə “Unibank- Sənin Bankın” seçilib. Bankın yeni sloqanı da müştəriyə daha yaxın olmağı hədəfləyib.
17.05.2021
Unibank birinci rübü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2021-ci ilin 1-ci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank rübü əksər sahələrdə müsbət göstəricilərlə başa vurub. Bu ilin 1-ci rübündə “Unibank”ın əldə etdiyi rüblük gəlir 2020-ci ilin ilk rübü ilə müqayisədə 16% artaraq 33 milyon manat olub. 31 mart 2021-ci il tarixə Bankın əldə etdiyi mənfəət isə (prudensial hesabat üzrə) 0,6 milyon manatdır. Bankın kapitalı da artaraq 98 milyon manata çatıb.
23.04.2021
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Unibank kiçik və orta sahibkarlar üçün sərfəli kredit kampaniyasının vaxtını uzadıb. Biznes sahibləri aprelin 30-dək daha aşağı faizlə kredit götürə bilərlər.
14.04.2021
Unibankdan biznes sahibləri üçün yeni kampaniya: 3%-dək endirim, komissiya 0%
Biznesi böyütmək üçün isə sərfəli maliyyə vəsaiti lazımdır. Biznesin ən uğurlu inkişaf fəsli olan Baharda, Unibank kiçik və orta sahibkarlar üçün sərfəli maliyyə vəsaitinin doğru ünvanına çevrilib. Biznes sahiblər üçün keçirilən “Novruz kampaniyası”nda sahibkarlar “Unibank”dan həm 3%-dək endirimli biznes krediti götürmək imkanı qazanacaqlar, həm də komissiya ödəməyəcəklər.
14.03.2021
Biznesdə yaz planlarınızı Unibankın sərfəli biznes kreditləri ilə reallaşdırın!
Baharın gəlişi biznesinizin inkişafına təkan olsun! Biznesinizə uyğun, sizə sərf edən kredit məhsulu üçün xeyli seçiminiz var. İstər “Unibank”ın öz kredit məhsulları, istərsə də Bankın əməkdaşlıq etdiyi Dövlət fondlarının təklif etdiyi çox sərfəli dəstək kreditləri, bu yaz biznesinizi xeyli canlandıracaq.
09.03.2021
Unibank daha çevik idaretmə modelinə keçib
Bank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində yenilik edib. Yeni idarəçilik modelinə əsasən, qərarların daha operativ verilməsi üçün bankda İcraedici Komitə yaradılıb.
28.02.2021
Unibank 2020-ci ili mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin maliyyə nəticələrini açıqlayıb. 31 dekabr 2020-ci il tarixə bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib. Bankın kapitalı (prudensial üzrə) 97 milyona çatıb.
30.01.2021
Unibank müştəriləri üçün vacib məlumat!
Bundan sonra Unibank kart sahiblərinə bankın öz Kart Prosessinq Mərkəzində xidmət olunacaq. Bankın öz Prosessinq Mərkəzinə keçidlə əlaqədar olaraq, plastik kart əməliyyatlarında, bankın bütün teminallarının fəaliyyətində (ATM-lər, POS-terminallar, ödəmə terminalları) və uBank mobil tətbiqində qısamüddətli fasilə yarana bilər.
21.01.2021
Unibank özünüməşğulluq layihəsini başa çatdırıb
Korporativ sosial məsuliyyət “Unibank”ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bu istiqamətdə bir çox böyük layihələrə imza atan bank, daha bir layihəni uğurla başa çatdırıb.
12.01.2021
VACİB MƏLUMAT
Məlumat üçün bildiririk ki, 05.01.2021-ci il tarixindən etibarən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76.1-1-ci maddəsinə əsasən mədaxil və məxaric əməliyyatı zamanı, əməliyyatı aparanın şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunacaqdır, nağdsız köçürmə zamanı vəsait alan fiziki şəxs olduqda, bu şəxsin FİN-kodu qeyd olunmalıdır. Qanunun bu tələbi, ödəniş aparmış və almış şəxsin (şəxslərin) qanunvericiliyə uyğun olaraq identifikasiya edilməsinin, yəni, müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası məqsədini daşıyır.
05.01.2021
Unibank şəhid ailəsinə və Qarabağ qazisinə şəxsi biznes yaratmaqda dəstək oldu
Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank onlarla vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib.
29.12.2020
Unibank şəhidin ailəsinə ev hədiyyə edir
Unibank torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək.
24.12.2020
Unibank vətəndaşlarımıza şəxsi biznes yaratmaqda dəstək olur
Həssas əhali qruplarına daxil olan Bakı şəhər sakinləri Pərvanə Əliyeva, Günay Sadıxova və Azad İbrahimov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.
06.12.2020
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi
Həssas əhali qruplarına daxil olan Bakı şəhər sakinləri Radə Səmədova, Zəminə İslamova və İbrahim Abasov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdandır. Unibank əməkdaşları onlara şəxsi bizneslərini qurmaq üçün lazım olan bütün avadanlıqları təqdim edib.
26.11.2020
Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib.
22.10.2020
Unibankın biznes müştəriləri hesablararası köçürməni saniyələr ərzində edəcək!
Unibank AÖS sisteminə ilk qoşulan banklardandır. Bu əməliyyatları banka gəlmədən İnternet Banking və Unibank Biznes Mobile əlavəsi vasitəsi ilə həyata keçirmək mümkündür.
14.10.2020
Unibank 20 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu həyata keçirdi
Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Layihəyə qoşulandan indiyədək bank 20-dən artıq vətəndaşımıza şəxsi biznesini qurmaqda kömək edib.
24.09.2020
Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib
Unibank onlayn xidmətlərini genişləndirərək, biznes müştərilərinə banka gəlmədən əmək haqqı layihəsinə qoşulmaq, həm kartların sifarişi, həm də çatdırılmasını onlayn qaydada həyata keçirmək imkanı yaradıb.
22.09.2020
Unibankdan biznes sahiblərinə Payız hədiyyəsi: 3 təklifdən istədiyinizi seçin!
“Unibank”ın kiçik və orta sahibkarlar üçün sərfəli payız kampaniyası, biznes sahiblərinə istədikləri təklifi seçmək imkanı verir.
14.09.2020
Unibank daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu
Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank Bakı sakini Şahin İbrahimovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb. Şahin İbrahimov özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir.
25.08.2020
Unibank daha bir vətəndaşımızın şəxsi biznesini qurmasına dəstək oldu
Unibank özünüməşğulluq layihəsi çərçivəsində həssas əhali qruplarına dəstək olmaqda davam edir. Bu dəfə bank Bakı sakini Şahin İbrahimovun şəxsi biznesini yaratmaq arzusunu reallaşdırıb.
24.08.2020
Unibank aztəminatlı ailəyə biznes qurmaqda kömək etdi
Unibank Bərdə sakini Rəbiyyə Mustafayevanın şəxsi biznesini yaratmaq arzusunu reallaşdırdı. İllərdir şəxsi qadın salonunu açmaq arzusunda olan xanım, özünüməşğulluq layihəsi çərçivəsində “Unibank”ın dəstək verdiyi vətəndaşlarımızdan biridir. Bank əməkdaşları Rəbiyyə xanıma biznesi üçün lazım olan bütün avadanlıqları hədiyyə edib.
18.08.2020
Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!
Fərdi və ya hüquqi şəxs olan sahibkarsınızsa, bank hesabı açmaq üçün Unibank filialına gəlməyinizə ehtiyac yoxdur. Biznes müştərilərinin işini asanlaşdırmağı, onlara banka gəlmədən, elə işlərinin başında xidmət göstərməyi hədəfləyən Unibank, fərdi və hüquqi şəxs olan sahibkarlar üçün onlayn bank hesabı açmaq xidmətini davam etdirir.
13.08.2020
Unibank pandemiyadan zərər görən sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb
Unibank Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına uyğun olaraq, sahibkarlardan müraciətlərin qəbuluna başlayıb. Artıq pandemiyadan zərər görmüş bir sıra biznes sahibləri güzəştlərdən faydalanmaq üçün müraciət ediblər.
21.07.2020
Unibank 2020-ci ilin birinci yarısını mənfəətlə başa vurub
“Unibank” KB ASC 2020-ci ilin ilk 6 ayının maliyyə nəticələrini açıqlayıb. 30 iyun 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 9 milyon manat təşkil edib.
21.07.2020
Unibank biznes sahiblərinə kredit xəttindən banka gəlmədən istifadə imkanı yaradıb
“Unibank”ın onlayn kredit xətti indi biznes sahiblərinin ən çox faydalandığı məhsula çevrilib. Bu məhsul fərdi sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən banka gəlmədən, dəqiqələr ərzində istifadə imkanı yaradır.
22.06.2020
Unibank səhmdarlarının siyahısında dəyişiklik edilib
“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə qaldırılıb. Bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak paynın alınması hesabına baş verib.
18.06.2020
Unibankın Biznes mobil əlavəsi MDB üzrə ən yaxşılardan seçilib
Unibank Mobile Business MDB və Qafqazda biznes üçün ən yaxşı mobil bank əlavələrindən biri seçilib. MDB və Qafqazda Biznes üçün Mobil Banklar üzrə Ekspertlər Şurasının araşdırmasının və səsverməsinin nəticələrinə əsasən, Unibankın Biznes mobil əlavəsi biznes üçün yaratdığı imkanlara görə, Azərbaycanda ən yaxşı biznes Mobil Bankdır.
11.06.2020
Unibankdan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Unibank aqrar sektorun daha da asan və sürətli kreditləşməsini təmin etmək üçün Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə (AzALES) qoşulub.
03.06.2020
Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi
Müstəqilliyimizin 102-ci ildönümünü qeyd etdiyimiz bu gündə Tərtər sakini Həsən Əsgərov üçün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi biznesini yaratmaqda kömək edəcək.
27.05.2020

Axtarış

Məhsullar
Xəbərlər
Digər