Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
Unibank Kommersiya Bankı 2025-ci ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan artım, 3-cü rüb ərzində də davam edib. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.
14.10.2025
Unibank və BlueOrchard Finance Ltd. 23 milyon ABŞ dollarlıq iki kredit sazişi imzalayıb
Azərbaycanın aparıcı özəl banklarından olan “Unibank” KB və İsveçrənin nüfuzlu “BlueOrchard Finance Ltd.” investisiya idarəetmə şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ dolları olan subordinasiya və senior kredit sazişləri imzalanıb.
10.10.2025
Unibank beynəlxalq konfransın dəstəkçisi olub
Bakıda “Alman-Azərbaycan İxracın Maliyyələşdirilməsi Konfransı 2025” keçirilib. Unibank KB ASC-nin də dəstəkçilər siyahısında olduğu tədbirin məqsədi, enerji və yaşıl texnologiyalar, su resurslarının idarə olunması, qida sənayesi, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sahələrdə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsidir. Konfrans çərçivəsində müxtəlif panel müzakirələri, ekspert təqdimatları və dövlət-özəl sektor dialoqları təşkil olunub.
09.10.2025
Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub
Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə Azərbaycan bankları arasında 1-ci yeri tutub. Eyni zamanda bank "Biznes Bankçılıq" üzrə Orta Asiyada 20 ən yaxşı banklardan biri seçilib.
01.10.2025
Unibankdan “Payız endirimi” mikro kredit kampaniyası- İstədiyini seç!
Unibank ölkədə biznesin inkişafına dəstəyini davam etdirərək, yeni “Payız endirimi” kampaniyası keçirir. Kampaniya çərçivəsində sahibkarlar sentyabrın sonunadək mikro kreditlər üzrə 4 fərqli endirim paketindən istədiklərini seçə biləcəklər. Kampaniya 50 000 AZN-dək kreditlərə şamil olunur.
11.09.2025
Unibank Beyləqanda yeni filialını açıb
Azərbaycanın aparıcı banklarından olan Unibank KB ASC bölgələrdə müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə Beyləqan şəhərində yeni filialını istifadəyə verib.
08.09.2025
Unibank və Enabling Qapital Luxembourg SA arasında 10 milyon dollarlıq kredit müqaviləsi imzalanıb
Unibank KB ASC Beynəlxalq maliyyə fondu Enabling Qapital ilə ümumilikdə 10 milyon ABŞ dolları məbləğində iki kredit müqaviləsi imzalayıb. Bunlardan biri Bankın kapital bazasının möhkəmləndirilməsinə yönəlmiş subordinasiya edilmiş kreditdir.
29.08.2025
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ümumilikdə birinci yarım il ərzində ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin artırılması, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edilib.
14.07.2025
“Unibank”dan sahibkarlara yay hədiyyəsi - mikro kreditlərə 5%-dək endirim!
Bu yay biznesinizi daha da böyütmək istəyirsiniz? Elə isə “Unibank”ın “Yay kampaniyası” sizin üçündür. İstənilən fəaliyyət sahəsində çalışan fərdi sahibkarlar bu kampaniya çərçivəsində çox sərfəli şərtlərlə - 5 %-dək endirimlə mikro kredit əldə edə biləcəklər. Bu fürsətlərdən daha çox sahibkarın faydalanması üçün kampaniya bütün yay boyu davam edəcək.
11.06.2025
EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
Unibank və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında ticarət əməliyyatlarının dəstəklənməsinə yönəlmiş yeni tərəfdaşlıq razılaşması əldə olunub. EBRD Azərbaycanda ilk dəfə “Unibank”a Ticarətin Asanlaşdırılması Proqramı (TFP) çərçivəsində 5 milyon ABŞ dolları (təxminən 4.4 milyon avro) məbləğində maliyyələşmə limiti ayırıb.
16.05.2025
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində AKA Bank “Unibank”a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti ayırıb.
12.05.2025
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Unibank Kommersiya Bankı” ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək.
01.05.2025
Unibank 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
Unibank 2025-ci ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb, biznes kreditləşməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm uğurlara imza atıb. Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəldib.
14.04.2025
Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir
Unibank biznes sahiblərinin POS-terminal əldə etməsi və istifadə prosesini xeyli asanlaşdırıb. Bankın Omnitech şirkəti ilə əməkdaşlığa başlaması, sahibkarlara POS-terminal və kassa aparatlarının çox rahatlıqla əldə edilməsi imkanı yaratmaqla yanaşı, bir sıra güzəştlər və üstünlüklər də qazandırır. Sahibkarlar Omnitech şirkəti tərəfindən müasir tələblərə cavab verən və bank tərəfindən yüksək proqram təminatı ilə əhatə olunan POS-terminallarla öz fəaiyyətlərini çox rahatlıqla həyata keçirə biləcəklər.
14.03.2025
Unibank “Biznesiniz üçün sərfəli Novruz təklifi” kampaniyası keçirir
Aprelin 30-dək UPOS terminalı quraşdıran yeni biznes müştəriləri üçün Unibank biznes kartı pulsuz olacaq. Kampaniyadan fiziki və hüquqi şəxs olan bütün sahibkarlar faydalana biləcəklər.
12.03.2025
Unibank sərfəli mikro kreditlər təklif edir
Unibank, biznesini inkişaf etdirmək istəyən fərdi sahibkarlara, sərfəli şərtlərlə mikrokreditlər təklif edir. İstehsal, ticarət, nəqliyyat, loqistika, turizm, xidmət, kənd təsərrüfatı və digər biznes fəaliyyəti ilə məşğul olan mikro və kiçik sahibkarlar 200 000 AZN-dək mikro krediti illik 5%-dən başlayan şərtlərlə əldə edə bilərlər.
14.02.2025
Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb
Unibank Sahibkarlığın İnkişafı Fondunun (SİF) “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi” çərçivəsində ilk kreditini ayırıb. “Unibank”ın təqdim etdiyi zəmanətli və güzəştli biznes krediti sayəsində, “AS İstehsal” MMC Ağdam rayonu, Ağdam Sənaye Parkında beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb.
07.02.2025
Unibank 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb
Unibank 2024-cü il ərzində müştərilərinə yüksək səviyyədə xidmət göstərməkdə davam edib. Bank aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verib.
15.01.2025
Unibankın biznes sahibləri üçün kampaniyası davam edir
“Unibank”ın biznes sahibləri üçün 0 % komissiyalı kampaniyası davam edir. Kampaniya çərçivəsində sahibkarlar üçün əksər xidmətlər komissiyasız, biznes və əmək haqqı kartları isə pulsuz olub.
18.11.2024
Unibank biznes sahibləri üçün UPOS xidmətini pulsuz etdi
Unibank POS-terminal xidmətinə qoşulmaq istəyən sahibkarlar üçün bütün əməliyyatları komissiyasız edib. Dekabrın 31-dək davam edən kampaniya çərçivəsində onlayn UPOS xidmətinə qoşulan yeni müştərilər üçün qoşulma, xidmət haqqı və bütün əməliyyatlar 0 % komissiyalı olacaq.
16.11.2024
Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir
Unibank Azərbaycanda aparıcı taksi sifarişi xidmətlərindən biri olan “Yango Azerbaijan”la strateji tərəfdaşlığa başlayıb. Məqsəd Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyi göstərməkdir. Bu əməkdaşlıq çərçivəsində “Yango Azerbaijan” şirkətinin Bakıdakı dörd partnyor taksi parkına 500 yeni hibrid avtomobil gətiriləcək. Sürücülər artıq ilin sonunadək bu avtomobillərlə taksi sifarişlərinə başlaya biləcəklər.
07.11.2024
Unibank növbəti yaşıl maliyyələşməni həyata keçirir
Unibank Azərbaycanda aparıcı taksi sifarişi xidmətlərindən biri olan “Yango Azerbaijan”la strateji tərəfdaşlığa başlayıb. Məqsəd Bakının taksi parkında ekoloji cəhətdən daha təmiz olan hibrid avtomobillərin sayının artmasına maliyyə dəstəyi göstərməkdir. Bu əməkdaşlıq çərçivəsində “Yango Azerbaijan” şirkətinin Bakıdakı dörd partnyor taksi parkına 500 yeni hibrid avtomobil gətiriləcək.
07.11.2024
Unibankdan sahibkarlara təklif: POS- terminal xidmətinə qoşul, smart kassa istifadəsindən faydalan!
Əgər hələ də obyektinizdə POS-terminal yoxdursa, “Unibank”ın sərfəli POS-terminal xidmətindən faydalana bilərsiniz. Çünki “Unibank”da POS-terminal xidmətinə qoşulmaq, biznes sahiblərinə eyni zamanda smart kassa istifadəsindən yararlanmaq imkanı verir.
31.10.2024
Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb
Unibank Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxır. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara “dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır.
22.10.2024
"Unibank KB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Unibank KB” ASC-nin ümumi buraxılış həcmi 20,000,000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
17.10.2024
Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
Unibank 2024-cü ilin 3-cü rübü ərzində də aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verməkdə davam edib. 2023-ci ilin üçüncü rübünün nəticələri ilə müqayisədə bu ilin müvafiq dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 96 milyon manat artıb. Bu artımda biznes kreditlərinin artımı əhəmiyyətli olub.
11.10.2024
Unibank “Yaşıl maliyyə” konfransının dəstəkçisidir
Unibank Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda 24 sentyabr tarixində keçirilən "Yaşıl maliyyə" konfransının əsas dəstəkçiləri sırasındadır.
26.09.2024
Unibankın biznes üçün kampaniyası - istədiyin təklifi seç!
Biznesiniz daha da böyüsün deyə, planınızı indidən həyata keçirin. “Unibank”ın çox sərfəli və fərqli seçimləri olan “Dörd təklif” kampaniyası sizin planlarınıza təkan verəcək. İstəyinizə uyğun olaraq, 4 kredit paketindən birini seçə bilərsiniz.
10.09.2024
Unibank biznes sahibləri üçün komissiyaları sıfırladı
Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. Kampaniya çərçivəsində sahibkarlar üçün əksər xidmətlər 0% komissiyalı, biznes və əmək haqqı kartları isə pulsuz olub.
08.09.2024
Unibankın taksi sürücüləri üçün kampaniyası davam edir
Unibank POS-terminal xidmətinə qoşulmaq istəyən taksi sürücüləri üçün çox asan və sərfəli xidmət təklif edir. Bank taksi sürücülərinə POS-terminal xidmətinə çox rahatlıqla- POS-terminal cihazı almadan, xidmət haqqı ödəmədən və onlayn şəkildə qoşulmaq imkanı yaradıb.
31.07.2024