Müştəri ol

Xəbərlər və aksiyalar

Unibank biznes sahibləri üçün yeni xidmət təklif edir
28.11.2017
Rəqəmsal bankçılıqda davamlı ilklərə imza atan Unibank, biznes sahibləri üçün daha bir xidmət istifadəyə verdi. İndi biznes sahibləri istədikləri vaxt banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilərlər.

Bu yeni xidmət sahibkarlara hansı imkanı yaradır?
  • Həftənin bütün günləri, cəmi bir neçə dəqiqə ərzində minimal məlumatlar daxil etməklə, 3 dildə Aktivasiya hesabı açmaq imkanı verir;
  • Bronlaşdırılmış hesab 10 iş təqvim günü ərzində aktiv olur. Alınmış hesab nömrəsini siz kontragentlərə təqdim edə və sənədlərdə göstərə bilərsiniz. Bron etdiyiniz hesabı sonrakı mərhələdə də istifadə etmək üçün tələb olunan sənədlər paketini 10 gün müddətində Unibank-ın istənilən filialına təqdim etməlisiniz. 
  • Hesab rekvizitləri dərhal hesab sahibinin elektron ünvanına göndərilir.

Sahibkarlar elə indi buradan hesab bron edə bilərlər: https://onlineservices.unibank.az/AccountOrder/index.html

Biznes sahibləri Unibank-ın yüksək keyfiyyətli bank məhsul və xidmətlərindən faydalanmaq üçün bankın filiallarına müraciət edə bilərlər.

Axtarış

Məhsullar
Xəbərlər
Digər