2023-cü ilin
ilk yarısında Unibankın kredit portfeli rekord həddə çataraq, ilk
dəfə milyardı ötüb və 1 milyard 5 milyon manata çatıb. Ayrıca
olaraq, biznes kredit portfelində ciddi artım qeydə alınıb. İlk yarım il ərzində
Unibank biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv
iştirakını davam etdirib. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə36 milyon manatdan çox artaraq, 311 milyon
manatayaxınlaşıb. Biznesə ayrılan vəsaitlərin
artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni
dövrü ilə müqayisədə 32 % artıb.
Biznes üzrə digər göstəricilərdə
də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarın hesablaşma
kassa əməliyyatları üzrə 14% artım qeydə alınıb. Təkcə korporativ müştəri sayı
üzrə artım 32 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı
üzrə artım 26 % olub. 2022-ci ilin birinci yarısı ilə müqayisədə, bu ilin ilk
rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 67
%-ə çatıb.
Ümumilikdə isə korporativ
müştərilər üzrə kredit satışında artım 14 %-dən çox olub. Hüquqi şəxs və fərdi
sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 17.5 %-ə çatıb.
Hesabat dövrünə mikro
kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü
ilə müqayisədə mikrokredit portfeli41% artaraq,
155 milyon manata çatıb.Verilən mikrokreditlərin
həcmi isə 2022-ci ilin ikinci rübü ilə müqayisədə 22% artaraq, 98 milyon
manatı ötüb.
“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, birinci rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir.