Müştəri ol

Ticarətin maliyyələşdirilməsi

Biznes tərəfdaşının aldığı məhsulun və ya xidmətin dəyərini ödəyəcəyini aylarla gözləmə. Həmin vəsaiti artıq sənə Unibank ödəyəcək!

Unibankın biznes sahiblərinə təqdim etdiyi “Ticarətin maliyyələşdirilməsi” adlı kredit məhsulu, şirkətlərin yerli debitor və kreditor borclarının faktura dəyərinin 90%-dək hissəsinin maliyyələşdirilməsi imkanı yaradır. Bu məhsul çərçivəsində sahibkarlara təqdim olunan  “Faktorinq” və “Satışın maliyyələşdirilməsi” kredit məhsulları, təchizatçının borcunun alıcı tərəfindən deyil, Bank tərəfindən ödənişini nəzərdə tutur.                                                                           
 
 
Faktorinq
 
Faktorinq – biznes sahibinin aldığı məhsulun dəyərinin Bank tərəfindən ödənilməsini nəzərdə tutan kredit məhsuludur.  Bu zaman hüquqi şəxs və ya fərdi sahibkar alıcıya qarşı olan pul tələbi hüququnu Banka güzəşt edir və bunun müqabilində, dövriyyə vəsaitlərinin Bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradır. Prosesin ardıcıllığı belədir:

— Satıcı ödəniş üzrə möhlət şərti ilə alıcıya mal göndərir;
— Satıcı malın göndərilməsini təsdiq edən sənədləri Banka ötürür;
— Bank alıcıya bildiriş göndərərək, malın dəyərinin 90%-ə qədərini satıcıya ödəyir;
— Möhlət dövrü (60 günədək) bitdikdə alıcı banka ödəniş edir.
 
Bu məhsulun həm alıcı, həm də satıcı üçün üstünlükləri var.
 
Satıcı alıcının ödənişini gözləmədən, biznesini davam etdirmək üçün lazım olan vəsaiti bankdan əldə edir. Bank məhsulun dəyərinin 90%-ə qədərini satıcıya dərhal ödədiyi üçün təchizatçı şirkət debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azad olur.
 
Alıcı isə heç bir girov təqdim etmədiyi halda,  ödəniş üçün həm möhlət qazanır (məhsulun ödənişi Bbnk tərəfindən edildiyi üçün), həm də əlindəki vəsaiti biznesinin digər inkişaf xərclərinə yönəldir.
 
 
Satışın maliyyələşdirilməsi
 
Satışın maliyyələşdirilməsi – bu məhsul satıcının (təchizatçının) alıcıya qarşı olan pul tələblərinin və invoysların bank tərəfindən maliyyələşdirilməsinə imkan yaradır. Bu məhsuldan istifadə etmək istəyən sahibkarın (alıcı) təchizatçı (aatıcı) qarşısında borc öhdəliyi bank tərəfindən ödənilir. Alıcı isə verilmiş möhlət ərzində ödənişi banka edir. “Satışın maliyyələşdirilməsi” kredit məhsulunun həm alıcı, həm də satıcı üçün üstünlükləri var:
 
Satıcı üçün:

— Alıcının ödəniş etməsini gözləmədən, maliyyə vəsaitini əldə etmək imkanı;
— Debitor borclar üzrə məzənnə dəyişiklikləri, likvidlik və inflyasiya ilə bağlı risklərin azaldılması;
— Dövriyyə artımının sürətləndirilməsi və pul vəsaitlərinin hərəkətinin planlaşdırılması imkanı.
 
 
Alıcı üçün:

— Ödənişdə möhlət qazanmaqla yanaşı, satınalmaların əlavə risk və xərc olmadan artırılması imkanı.
 

Axtarış

Məhsullar
Xəbərlər
Digər