Əmək haqqı overdraft
Əmək Haqqı Overdraft Layihəsi qısa müddətlər üçün korporativ müştərilərə əmək haqqı ödənişlərinin maliyyəşdirilməsi üçün təyin edilmiş kredit məhsuludur.
Unibankın əmək haqqı layihəsinə qoşulan müştərilər üçün xüsusi imkan yaradır. Əmək haqqı overdraftı, Bankın əmək haqqı layihəsinə qoşulmuş müştərilərə (şirkətlərə) qısa müddətə və təminatsız olaraq kredit götürmə imkanı verəcək. Əgər şirkətdə maaşların ödənişində qısamüddətli pul çatışmazlığı, müəyyən gecikmə yaranarsa, Unibankın əmək haqqı layihəsinə qoşulan biznes sahibləri cəmi 1 gün ərzində bu məsələni həll edə biləcəklər.
Əmək haqqı overdraftı çərçivəsində müştərilər təminatsız olaraq 15 günlük faizsiz kredit əldə edəcəklər.
Bu məhsuldan kimlər istifadə edə bilər:
— Biznes fəaliyyəti 12 aydan çox göstərən
— Unibankın Əmək Haqqı layihəsinə 6 aydan çox qoşulanlar
Limit:
— İlk dəfə istifadə edənlərə komissiya tətbiq olunmur
— Məbləğ: 5 000 (beş min) AZN-dən başlayaraq
— Overdraft limiti müştərinin əmək haqqı layihəsi üzrə keçirdiyi dövriyyəyə əsaslanaraq hesablanacaq
— Limitdən istifadə müddəti 3 (üç) aydır
— İlk 15 gün faizsiz, illik faiz dərəcəsi 24%-dir
Unibankdan biznes kreditlərini İnternet-Banking-dən bir toxunuşla, girovsuz və 15 dəqiqəyə onlayn sifariş edin!