Müştəri ol

SİF Kreditləri

Kənd təsərrüfatı sahəsində biznes qurmaq və ya inkişaf etdirmək istəyən sahibkarlarımız “Unibank”-dan Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına olan kredit ala bilərlər.

Kənd təsərrüfatı sahəsində biznes qurmaq və ya inkişaf etdirmək istəyən sahibkarlarımız “Unibank”-dan Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına 10 000 000 (on milyon) manatadək 10 il müddətinə, aşağı faizli və güzəşt müddəti olan kredit ala bilərlər.

Fondun vəsaitlərinin istifadəsi istiqamətləri:

— Aqroparkların yaradılması.

— Ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılması.

— Logistik (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı ) və yaşıl market (fermer mağazalarının) mərkəzlərinin yaradılması.

— Meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin yaradılması.

— İri fermer təsərrüfatlarının yaradılması.

— Müasir qarışıq yem istehsalı fabriklərinin yaradılması.

— Müasir istixana komplekslərinin yaradılması.

— İntensiv bağçılıq (üzüm, alma, nar və.s) və ya tingçilik təsərrüfatlarının yaradılması;

— Müasir çörək istehsalı müəssisələrinin yaradılması.

— Digər sənaye (yüngül, tikinti, kimya və s.) müəssisələrin yaradılması.

— Kiçik sahibkarlığın (o cümlədən gənclərin, qadınların və məcburi köçkünlərin) inkişafı.

— Кütləvi informasiya vasitələrinin inkişafı layihələrinin maliyyələşdirilməsi.

Kredit müraciəti

Axtarış

Məhsullar
Xəbərlər
Digər