Müştəri ol

Onlayn əməkhaqqı layihəsi

Biznesinizdə Zamanı və Rahatlığı dəyərləndirən xidmət. Banka gəlmədən bütün əməkdaşlarınızın əməkhaqqı kartlarını sifariş edin və hazır kartlar birbaşa şirkətinizə gətirilsin!

Banka gəlmədən əməkhaqqı layihəsinə qoşula, həm kartların sifarişi, həm də çatdırılmasını onlayn qaydada həyata keçirə bilərsiniz.

Sadəcə Asan İmza ilə İnternet Banking sisteminə daxil olun, əməkhaqqı layihəsinə qoşulun və əməkdaşların məlumatlarını daxil etməklə, əməkhaqqı kartlarını sifariş edin. Kartlar hazır olduqdan sonra, bank tərəfindən şirkətinizə çatdırılır.

Əməkhaqqı layihəsinə qoşulmağın üstünlükləri: 


—24/7 rejimdə əməkhaqqı ödənişlərinin vahid fayl formasında onlayn köçürülməsi imkanı və dərhal kartlara oturması;
— Kartların istənilən ünvana çatdırılması;
— Əməkhaqqının ödənilməsi üçün overdraft kreditləşdirilməsi;
— Əməkhaqqı kartının sahiblərinə güzəştli şərtlərlə istehlak krediti ayrılması imkanı;
—Mobil bankinq  xidmətinə qoşulmaqla, kart sahiblərinin günün istənilən vaxtında kart hesabına nəzarət etməsi,ödənişləri həyata keçirməsi;
—Pulsuz SMS Banking xidməti.

Əməkhaqqı kartları

Əməkhaqqı kartları həm şirkət sahibləri, həm də işçilər üçün faydalıdır. Bank vasitəsilə hər ay vaxtı-vaxtında işçinin maaşı kart hesabına göndərilir ki, bu da şirkətin mühasibatlıq işlərinin optimallaşdırlması üçün ideal addımdır. Bunun sayəsində vaxta qənaət olunur, dəyərli və səmərli işlər üçün əlavə zaman qazanılır.  Unibankın təqdim etdiyi əməkhaqqı kartları işçilərin əməkhaqqını almaq üçün istifadə etdikləri xüsusi növ bank kartlarıdır. Bu kartlarda alış-veriş etmək, müxtəlif xərcləri ödəmək üçün istifadə oluna bilir. Qeyd edək ki, maaş kartı olaraq da adlandırılan bu kartlarda təhlükəsizlik yüksək səviyyədədir. Maaşların köçürülməsi avtomatlaşdırılmış qaydada olduğundan sistem xətalarına yer verilmir. Həm Unibankın ATM-lərindən, həm də digər bankların ATM-lərindən pul çıxarıla bilir. UBank Biznes-ə daxil olaraq xərcləri izləyə bilərsiniz.


Onlayn əməkhaqqı kartlarının sifarişi

Onlayn əməkhaqqı kartı İnternet Bankinq xidmətinə daxil olmaqla sifariş olunur.Bunun üçün banka gəlməyə ehtiyac yoxdur. Onlayn qaydada sifariş sayəsində kartların şirkətlərə çatdırılması mümkündür. Banka gəlmədən həm kartı sifariş edə, həm də şirkətə çatdırmasını tələb etmək mümkündür.



Axtarış

Məhsullar
Xəbərlər
Digər