POS terminallar satış işlərinin gərçəkləşdirilməsi üçün nağdsız ödənişlərin daha sürətli qəbul edilməsini təmin edən bir vasitədir. POS terminal vasitəsilə istənilən nağdsız ödəniş təhlükəsiz şəkildə qəbul olunur.
Bu cihaz kiçik ölçülüdür, ekrana, sensorlu klavaturaya sahibdir. Müştəri kartı cihaza oxutduqdan sonra daxilindəki printer vasitəsilə qəbzlər çap olunur. POS terminal NFC texnologiyasını dəstəkləyir.
POS termianallar adətən satış yönümlü sahələrdə geniş istifadə olunur. Yanacaqdoldurma məntəqələrində, market və mağazalarda, kafe və restoranlarda onlar nağdsız ödənişlərin qəbul olunması üçün ən yaxşı üsullardan biridir.
POS terminallar ödənişləri qəbul etməklə yanaşı, həm də satılan məhsulların stok vəziyyətini izləməyə kömək edir. Bundan başqa müştəri məlumatlarını saxlayır, biznesə strateji qərarların qəbul edilməsində kömək üçün hesabatlar yaradır, onları təhlil edir. Aldadılmaq riskini azaldaraq nağdsız ödənişlərin tam təhlükəsiz qaydada sürətli şəkildə qəbul olunmasını təmin edir. Qeyri – kredit məhsulları üçün klik edə bilərsiniz.
Əlavə Məlumat