Müştəri ol

İstehsal krediti

İndividual ödəniş cədvəli əsasında və avadanlıqları girov qoymaqla kredit əldə et!

İstehsal krediti üstünlükləri:


İstehsal krediti sırf istehsal fəaliyyəti ilə məşğul olan biznes sahibləri üçün nəzərdə tutulan kredit məhsuludur. İstehsalçıların sərfəli maliyyə vəsaitinə tələbatını qarşılamağı nəzərdə tutan “İstehsal krediti” endirimli faiz dərəcəsi, güzəştli dövrü, individual ödəniş qrafikli və daşınmaz əmlakla yanaşı, daşınar əmlak (avadanlıq) girovluğunu da mümkün edən üstünlüklərə malikdir. Kənd təsərrüfatı krediti rəsmiləşdirənlər Unibankın pulsuz mobil və internet bankçılıq xidmətlərindən istifadə edərək, bizneslərini daha rahat idarə edə biləcəklər.

İstehsal kreditinin şərtləri:


— İstehsal kreditləri VÖEN sahibi olan sahibkarlara verilir
— Məbləğ: 50 000 AZN-dən 1 000 000 AZN-dək;
— Kreditin müddəti: 3 ilədək;
— Güzəşt müddəti: 3 ayadək;
— Müştərinin ödəniş qrafikinə individual yanaşma (qrafikin 5 ilədək uzadılma imkanı);
— Girov daşınmaz əmlakla yanaşı, daşınar əmlak (avadanlıq) da qəbul olunur.

İstehsal krediti hansı məqsədlər üçün istifadə olunur?

İstehsal krediti istehsalla bağlı fəaliyyətlər üçün təklif olunan kreditdir və müəssisənin istehsal proseslərini təkmilləşdirmək üçün istifadə olunur. Bu kredit növü banklar tərəfindən verilir, veriləcək kreditin məbləği isə biznesin ehtiyacından asılı olaraq dəyişir. Uzunmüddətli verilən istehsal krediti biznesin istehsal proseslərinin təkmilləşdirilməsində, böyük investisiyaların maliyyələşdirilməsində əsas köməkçi vasitə hesab oluna bilir. Əgər, biznesinizi daha da böyütmək, olduğunuz sahədə inkişaf etmək, şirkət olaraq təkmilləşmək istəyirsinizsə, Unibankdan istehsal krediti əldə edə bilərsiniz.

Niyə istehsal krediti almalısınız?

İlk əvvəl qeyd edək ki, istehsal kreditinin alınmasından dərhal sonra maliyyə probleminiz aradan qaldırılacaqdır. Bunun nəticəsində istehsal gücünüz artacaq, daha çox məhsul istehsal edə biləcəksiniz. İstehsal kreditinin əldə olunması nəticəsində işinizi daha da böyüdə, yeni xammal və material satın ala biləcəksiniz. Digər bir üstünlük isə yeni məhsul yarada bilərsiniz. Tədqiqat fəaliyyətlərini maliyyələşdirə, yeni məhsulları yarada həmçinin  sınaqdan keçirmək imkanını əldə edəcəksiniz. Yüklü miqdarda əldə etmiş olduğunuz krediti isə aybaay hissəli şəkildə ödəmək imkanı qazanacaqsınız. Digər biznes kredit məhsulları üçün klik edə bilərsiniz.




Kredit müraciəti

Axtarış

Məhsullar
Xəbərlər
Digər